Accessibility links

Avropa İttifaqı 2015-ci il Paris sazişinin ratifikasiyasına yekdilliklə səs verib


Avropa İttifaqı nazirləri Brüsseldə iqlim dəyişikliyi ilə bağlı 2015-ci il Paris sazişinin ratifikasiyasına yekdilliklə səs verib.

Sazişin noyabr ayında Mərakeşdə iqlim dəyişikliyi ilə bağlı müzakirələrə çıxarılması üçün qurum tərəfindən imzalanmalıdır.

Avropa Parlamenti sənədi gələn həftənin çərşənbə axşamı səsə qoyacaq.

İqlim razılığının qüvvəyə minməsi üçün onu qlobal karbon tullantılarının 55 faizinin paylarına düşən 55 ölkə təsdiq etməlidir.

Amerika Birləşmiş Ştatları və Çin iqlim dəyişikliyi razılığının bu il qüvvəyə minməsinə kömək etmək üçün Paris Sazişinin ratifikasiyasını rəsmiləşdirib.

Dünyanın havanı ən çox çirkləndirən iki ölkəsi tərəfindən belə bir addımın atılması mühüm inkişaf hesab edilir.

196 ölkənin nümayəndəsi qlobal istiliyə qarşı mübarizədə razılığı ötən il əldə edib.

Razılığa əsasən qlobal temperaturda artım dərəcəsi iki selsidən aşağı olmalıdır. Bununla yanaşı yoxsul ölkələrə iqlim sahəsində 100 milyard dollarlıq investisiya ayrılması və hər beş ildə prosesin gedişatı nəzərdən keçirilməlidir. Bu, 1997-ci ildə əldə olunmuş Kyoto Protokolundan sonra ən əhatəli razılaşmadır.

XS
SM
MD
LG