Accessibility links

Fransa prezidenti dünyanın məşhur xeyriyyəçiləri ilə görüşə ev sahibliyi edib


Emmanuel Makron ABŞ biznesmeni Maykl Blumberq, Microsoft şirkətinin yaradıcı Bil Qeyts və digər xeyriyyəçilərlə görüşür.
Emmanuel Makron ABŞ biznesmeni Maykl Blumberq, Microsoft şirkətinin yaradıcı Bil Qeyts və digər xeyriyyəçilərlə görüşür.

Fransa prezidenti Emmanuel Makron iqlim dəyişikliyi ilə bağlı daha çox araşdırma aparılmasının təşviq1 məqsədi ilə üçün çərşənbə axşamı dünyanın məşhur xeyriyyəçiləri ilə görüşə ev sahibliyi edib.

Makronun sözlərinə görə, ABŞ prezidenti Trampın Parisin iqlim dəyişikliyi razılaşmasından geri çəkilməsi bu müqaviləni daha da güclənməsinə kömək edib.

Makron amerikalı alimləri və digər iqlim mütəxəssislərini Fransaya gətirmək üçün milyonlarla dollar məbləğində qrant toplaya bilib.

Zirvə toplantısında iştirak edən ABŞ-ın keçmiş dövlət katibi Con Kerri bildirib ki, Donald Trampın iqlim razılaşmasını rədd etməsi bütöv ölkənin mövqeyini nümayış etdirmir.

İqlim zirvə toplantısı 195 ölkənin bir araya gələrək qlobal istiləşmənin təsirlərini azaltmağı nəzərdə tutan Paris razılaşmasını qəbul etdikdən iki il sonraya təsadüf edib.

Qlobal istiləşmənin qarşısını almaq planında əsas məqsəd ekoloji təmiz enerji mənbələrinə trilyonlarla dollar dəyərində investisiya yatırmadan öncə istiləşmə dərəcəsini 2 dərəcə selsinin altında saxlamaqdır.

Maliyyə çətinliyi uzun müddətdir ki, BMT-nin iqlim prosesində problemli nöqtə olub. Çünki, inkişaf etməkdə olan ölkələr daha az çirkləndirici eneji mənbələrindən istifadə etmək, dəniz səviyyəsinin artması və iqlim dəyişikliyinə qarşı müdafiə olunmaq üçün BMT-dən maliyyə yardımı tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG