Accessibility links

Parisdə Suriya ilə bağlı görüş keçirilib


ABŞ dövlət katibi Con Kerri Britania, Fransa, Almaniya və İtaliyanın xarci işlər nazirləri ilə görüş keçirib.

Paris görüşü zamanı Suriya böhranı və BMT-nin sponsorluğu ilə Cenevrədə təşkil ediləcək Suriya sülh müzakirələri gündəmdə olub.

Bu gün Suriyann xarci işlər naziri Valihid Müəllim xəbərdarlıqla çıxış edərək, prezident Əsədin taleyinin müzakirə mövzusu olmayacağını bildirib.

Suriya müxalifətinin baş müzakirəçisi Məhəmməd Alloş prezidentin istefasını tələb edib. Fransanın AFP xəbər agentliyinə müsahibəsi zamanı o deyib ki, keçid mərhələsi Əsədin süqutu, ya da ölümündən sonra baş tutacaq.

Zorakılıqlar 80-90 fair azalıb. Bu olduqca mühümdür

Kerri deyib ki, prezidentliklə bağlı qarşıdurmalara baxmayaraq, Suiryada sülh prosesi davam etdirilməlidir.

“Zorakılıqlar 80-90 fair azalıb. Bu olduqca mühümdür”-deyə, Kerri dünən Səudiyyə Ərəbistanında bildirmişdi.

BMT rəsmiləri ölkədə zorakılıqların səviyyəsinin düşməsinin 115 min suriyalını ərzaq, su, dərman və digər təcili ləvazımatla təmin edilməsinə imkan yaratdığını bildirib.

Suriyanın 5 ilk vətəndaş müharibəsi 270 min insae həyatına son qoyub, milyonlarla insanı didərgin salıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG