Vyanada Suriyanın siyasi gələcəyi ilə bağlı danışıqlarda iştirak edən dünya qüdrətləri Parisdə terror hücumlarına reaksiya veribblər.
Fransanın Xarici İşlər naziri Loren Fabius deyib ki, hücumlar terrorizmə qarşı mübarizə səylərinin koordinasiya edilməsinin zəruriliyini göstərir.
"Vyana görüşünün əsas məqsədlərindən biri İŞİD-ə qarşı beynəlxalq mübarizəni necə gücləndirə biləcəyimizdən ibarətdir"-deyə Loren Fabius bildirib.
İslam Dövləti qrupu Parisin müxtəlif yerlərində 127 adamın ölümü və 200-dən adamın yaralanması ilə nəticələnmiş hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
ABŞ Dövlət katibi Con Kerri deyib ki, Parisdə və Beyrutda hücumlar, eləcə də İraqda baş verən hadisələrin "planetdə mənfur, qəddar, vicdansız və qəbuledilməz aktlar" olduğuna dair bir ümumi razılıq var.
Con Kerri Vyanada Rusiya Xarici İşlər naziri Sergey Larovla ikitərəfli görüşdə onun "terror aktlarına dözümlülüyün olmayacağını" deməsini qeyd edib.
Vyanada Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Əl-Cubeyr də daxil olmaqla iştirak edən digər rəsmilər də Parisdə terror hücumlarına münasibət bildiriblər.
Dünyanın 16 ölkəsi, habelə ABŞ, Avropa İttifaqı və Ərəb Liqasının iştirakı ilə keçən Vyanada danışıqlarında vətəndaş müharibəsinin getdiyi Suriyada siyasi həllin tapılması yollarını müzakirə edilir.
Dövlət Departamenti İranın Xarici İşlər naziri Məhəmməd Zərifin şənbə günü görüşə qatılacağı gözlənilir.