Accessibility links

Parisdə atışma nəticəsində bir polis işçisi öldürülüb, digəri isə yaralanıb.

Elisey çöllərində qeydə alınan insident zamanı bir nəfər polisə atəş açıb. Həmin şəxs polisin cavab atəşi nəticəsində öldürülüb.

Polis ikinci hücumçunun hadisə yerindən qaçmağa nail olduğunu deyib.

Fransanın Daxili İşlər Nazirliyinin sözçüsü hücumun motivlərinin bəlli olmadığını, lakin polisin hədəf alındığının aydın olduğunu deyib.

Fransa prokurorluğunun bildirdiyinə görə, əks-terrorizm idarəsi istintaqa başlayıb.

Hücumun məqsədinin soyğunçuluq olduğu da istisna edilmir.

Polis ictimaiyyəti hadisə yerindən uzaq durmağa çağırıb.

Fransanın BFM tele-kanalı Zəfər Arkası və Yelisey çöllərinin polis və maşınları ilə dolu olduğunu göstərib.

Hadisə fransızların bazar günü seçkilərinə hazırlaşdığı vaxt baş verib.

Fransa 2015-ci ildən bəri fövqəladə vəziyyət altındadır. Bu ölkədə 2 il ərzində islamçı yaraqlıların hücumları 230-dən çox insan həyatına son qoyub.

XS
SM
MD
LG