Accessibility links

Parisdə terror gecəsi


Minlərlə Paris sakini və turistlərin Fransa ilə Almaniya arasında futbol matçını izlədiyi bir vaxtda şəhər misilsiz terror aktlarına səhnə olub.

Bəziləri AK-47 markalı avtomatlarla və bombalarla silahlanmış terrorçular Fransa paytaxtı boyunca müxtəlif obyektlərə, o cümlədən futbol stadionuna hücum edərək 100-dən çox adamı qətlə yetiriblər.

Koordinasiyalaşdırılmış hücumlar Fransanı və dünyanı şoka salıb.

Paris prokuroru Fransua Molins beş hücumçunun “neytrallaşdırıldığını” xəbər verir. Terrorçuların öldürülüb-öldürülmədiyi aydn deyil.

Parisdə baş verən terror hücumları iki əsas məkanı hədəf alıb.
Parisdə baş verən terror hücumları iki əsas məkanı hədəf alıb.

Şahid Fransa Radiosuna bildirib ki, hücumçular Bataklan konsert zalına daxil olaraq avtomatlardan atəş açmışlar.

Fransa rəsmiləri Paris və stadionun yerləşdiyi Sent-Denisdə gülləbaran və partlayışlar nəticəsində ən azı 153 adamın öldüyünü xəbər verir. Yaralananların sayı 200 civarındadır.

Ən dəhşətli terror aktı Bataklan konsert zalında baş verib. Burada 112 adam öldürülüb. Rok konsertində olmu və canını qurtarmış jurnalist güllıbaranın 10-15 dəqiqə çəkdiyini bildirib. Qara geymi iki şəxs atəş açmağa başlamış, adamları yaralamış, sonra isə edam stilində onları güllələmişlər.

Polis reydi zamanı Bataklanda dörd, o cümlədən bədənlərinə bomba sarımış 3 terrorçü öldürülüb.

Hücumlarda Əl-Qaida və İŞİD-in əl izləri olduğu güman edilir. Ancaq indiyədək heç bir təşkilat hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Nyu Yorkda 2001-ci ildə terror hücumunda dağıdılmış əkiz binaların yerində inşa edilmiş Dünya Ticarət Mərkəzinin qülləsi Fransanın bayrağının rəngləri ilə işıqlandırılıb.
Nyu Yorkda 2001-ci ildə terror hücumunda dağıdılmış əkiz binaların yerində inşa edilmiş Dünya Ticarət Mərkəzinin qülləsi Fransanın bayrağının rəngləri ilə işıqlandırılıb.

Futbol stadionunun civarında partlayışdan dərhal sonra polis prezident Ollandı evakuasiya edib. Matç dayandırıldıqdan sonra tamaşaçılar meydançaya doluşublar.

Terrorçular habelə Paris mərkəzində Respublika Meydanı yaxınlığında izdihamı hədəf alıblar.

Olland kabinetin fövqəladə yığıncağını çağıraraq bütün sərhədlərin bağlanmasına göstəriş verib.

O, Türkiyədə start götürəcək G-20 sammitində iştirakını ləğv edib.

Ağ Evdə ABŞ prezidenti Barak Obama Parisdəki hücumları “mülki vətəndaşları vahiməyə salmaq cəhdi” kimi dəyərləndirib.

Britaniya baş naziri David Kameron ölkəsinin yarıdm əlini uzatmağa hazır olduğunu bəyan edib. O, Parisdə baş verənlərdən şoka düşdüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG