İnter-Parlament İttifaqının yayımladığı “2015 Parlamentinin Qadınları: İllik hesabat” adlı yeni buraxılışda deyilir ki, qadınların parlamentdə iştirakında iki ildir ki, dəyişiklik qeydə alınmayıb.
Keçən il parlamentdəki qadın millət vəkillərinin sayında 0.5 faiz yüksəliş olub. Bu rəqəm dünyada 22.6 faizdir.
Nepal, Namibia və Birləşmiş Ərəb Əmirlikləri parlamentə qadın spiker seçib
İttifaqın direktoru Karin Cabri deyir ki, bu gün parlamentlərə rəhbərlik edən qadın spikerlərin sayı 18 faizdir.
Cabri bildirir ki, üç ölkə Nepal, Namibia və Birləşmiş Ərəb Əmirlikləri parlamentə qadın spiker seçiblər. O həmçinin deyir ki, BƏƏ parlamentdə qadın spiker olan ilk ərəb ölkəsidir.
Hesabatda Latın Amerikasında parlametdə qadınların sayının 27 faiz olaraq digər ölkələrə nisbətən daha çox irəliləyiş qeydə alındığı deyilir.
Afrika ölkələrində seçkilərdə zorakılıqlar qeydə alınmasına baxmayaraq parlamentdə qadın millət vəkillərinin sayı 0,7 faiz artaraq 23,2 faiz olub.
Cabri deyir ki, bu sahədə ən çox irəliləyiş Efiopiya və Tanzaniyada qeydə alınıb.
Bu sahədə ən çox irəliləyiş Efiopiya və Tanzaniyada qeydə alınıb
Keçmiş illərə nəzər salsaq Ruandada parlament üzlərinin 65 faizini qadınlar təşkil edir.
Bütövlükdə qadınların parlamentlərdə sayının artırılması əsas hədəf olaraq qalır. Təşkilat qadınların parlamentdəki kvotalarına əməl etmək istəməyən ölkələrə sanksiyaların tətbiq olunmasını təklif edir.