Accessibility links

Parnas və Fruman günahkar olmadıqlarını deyib


ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudi Culiani ilə əlaqəsi olan iki biznesmen çərşənbə günü prezidentin seçkiqabağı kampaniyasının maliyyələşdirilməsində günahkar olmadıqlarını bildirib.

Trampın seçkiqabağı kampaniyası zamanı maliyyə qanunlarını pozmaqda ittiham edilən bu şəxslər bu ay saxlanılmışdı.

Bildirilmişdi ki, Fruman və Parnas federal və ştat səviyyələrində dövlət vəzifələrinə namizədlərin dəstəklənməsi üçün xarici mənbələrdən pul alıb.

Ukraynalı biznesmen Parnas və belaruslu daşınmaz əmlak investoru Fruman Culianiyə Ukraynanın siyasi dairələrinə çıxmağa yardım edib.

Culiani isə heç bir qanunsuzluğa yol vermədyini iddia edir.

Vəkilin sözlərinə görə, Parnas və Fruman ona prezidentliyə demokrat namizəd Co Bayden və onun oğlunun Ukrayna ilə əlaqəli istintaqına yardım edib.

Hər iki biznesmen prezidentin impiçmenti araşdırmaları çərçivəsində ifadə verməyə çağırılıb. Onlardan Ukrayna ilə əlaqəli bütün sənədləri təqdim etmələri də istənilib.

Seçkiqabağı kampaniyaların maliyyələşdirilməsini araşdıran Campaign Legal Center şirkəti 2018-ci ilin iyul ayında bu iki şəxslə bağlı Federal Seçki Komissiyasına şikayət ünvalanmışdı. Məqsəd 325 min dollarlıq maliyyə yardımının mənbəyinin aşkarlanması idi.

Şərhlərə bax

XS
SM
MD
LG