Accessibility links

Bakıda kafedə partlayış nəticəsində 2 nəfər ölüb


Yanğın

Bakının Binəqədi rayonunda təxminən günorta saatlarında “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfər ölüb.

Azərbaycan Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova Amerikanın Səsinə bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

"Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə ağır yanıq xəsarəti ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib", Əhmədova qeyd edib.

Hadisənin baş vermə səbəbləri barədə həlilik açıqlama verilməyib. Fövqəladə Hallar Nazirliyindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.

İlkin qeyri-rəsmi məlumatlara görə, partlayışa səbəb məişət qazının sızması olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG