Accessibility links

Taliban intiharçısı Pakistanda yerli məhkəmə qarşısında özünü partladıb


Taliban intiharçısının Pakistanın şimal-şərqində yerli məhkəmə qarşısında özünü partlatması nəticəsində azı 13 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Rəsmilər Şabqadar şəhərində törədilmiş partlayışda ölənlər və yaralananlar arasında polis işçiləri, qadınlar və uşaqların olduğunu bildirib.

Yerli təhlükəsizlik rəsmisi Əlavə Yardım komissarı Tariq Həsən müxbirlərə deyib ki, polis gözətçiləri bombanın yerini müəyyən edib. Lakin onu ələ keçirməyə cəhd göstərərkən intiharçı qurğunu işə salaraq özünü partladıb.

Güclü partlayış böyük dağıntılara səbəb olub, məhkəmə binası qarşısında olan bir neçə maşın sıradan çıxıb.

Pakistanda Taliban qrupun bir hissəsi olan Camatul Ahrar yaraqlı qrupu partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Müxbirlərə ünvanladığı bəyanatda qrup bildirib ki, hücum Pakistanın Pəncab vilayətinin qubernatorunu öldürdüyünə görə polis cangüdəni Mumtaz Qadrinin asılaraq edam edilməsinə cavab məqsədi daşıyır. Pəncab qubernatoru kafirliyə dair qanuna dəyişikliyə çağırırdı.

Qrup Pakistan ədliyyə sistemi və onunla əlaqədar olan hər kəsə qarşı hücumlar həyata keçirəcəyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG