Accessibility links

Fabrikdə partlayış - 1 nəfər ölüb, 2 nəfər yaralanıb


Faktla bağlı araşdırma aparılır

Lerik rayonunda (Bakıdan 329 kilometr cənub) baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Trend agentliyinin məlumatına görə, hadisə rayonun Piran kəndində baş verib.

Broyler fabrikinin kəsim sexində qaz sızmasından baş verən partlayış nəticəısində xəsarət alanlar Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində ölən və xəsarət alanların hamısı rayonun Piran kənd sakinləridir.

Hazırda Lerik Rayon Prokurorluğu, rayon Polis Şöbəsi və İcra Hakimiyyətinin məsul şəxsləri hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG