Accessibility links

Pax Turcica İnstitutu Srebrenitsa və Xocalı soyqırımlarının tanınmasına çağırır


Pax Turcica
Pax Turcica

Diaspor təşkilatı icma üzvlərinə müraciət edib


ABŞ-da və Kanadada fəaliyyət göstərən Pax Turcica İnstitutu Srebrenitsa qətliamının 17-ci ildönümü münasibətilə icma üzvlərinə göndərilən məktubda Xocalı faciəsinə diqqət yönəldilməsilə bağlı çağırışla çıxış edib.

Məktubda deyilir ki, iyulun 11-də Bosniya-Herseqovinada serb qüvvələri tərəfindən 8 min müsəlman kişi və oğlanın qətlə yetirilməsi keçmiş Yuqoslaviya üzrə məhkəmə tərəfindən soyqırım kimi qiymətləndirilmişdir.

Pax Turcica bildirir ki, beynəlxalq ictimaiyyət İinci Dünya müharibəsindən sonra Avropada baş vermiş ən dəhşətli qətliam aktı olan Srebrenitsa hadisələrinin 17-ci ildönümü qeyd edildiyi vaxt 1990-cı illərdə Şərqi Avropada qanlı hadisələr unudulmuşdur. Məktubda 1992-ci ildə Xocalıda qadınlar, uşaqlar və qocalar daxil olmaqla yüzlərlə insanın qətlə yetirilməsi faktı beynəlxalq ictimiayyətin diqqətinə çatdırılır. Məktubda eyni zamanda, Azərbaycan torpaqlarının işğalının davam etməsi və hadisələrə siyasi qiymət verilməməsi qeyd edilir.

İcma üzvlərinə müraciətdə Pax Turcica Srebrenitsa və Xocalıda kütləvi qırğınların soyqıtım kimi tanınması və insanlığa qarşı cinayətlərin baş verməməsi üçün siyasi həll yolu tapılması istiqmətində səylərin gücləndirilməsinə çağırır
XS
SM
MD
LG