Accessibility links

Virtual Reallıq cihazları ağrılardan şikayət edən pasentlərin köməyinə gəlir [Video]


Virtual Reallıq cihazları ağrılardan şikayət edən pasentlərin köməyinə gəlir
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Amanda Qrin ağrı ilə yaşayır.

Amanda Qrin, Lupus pasienti: “Sinir ağrısı yoxdursa, oynaq ağrısı olur. Oynaq ağırısı olmursa, başım ağrımaya başlayır.”

Kəskin ağrılar lupus adlı xəstəliyin simptomlarıdır. Bu autoimmun xəstəliyi zamanı pasientin immun sistemi bədənə hücum edir.

O, VR-ın, yəni virtual reallıq cihazının ona necə kömək edə biləcəyini müəyyən etmək üçün araşdırmada iştirak etmək qərarı verdi.

Amanda Qrin, Lupus pasienti: “Bu çalışır. Mənə kömək edir.”

VR ağrının diqqətini yayındırır. Cihaz vasitəsilə verilən nəfəsalma texnikası haqqında məlumat isə pasientə yardım edir. Cedars-Sinai xəstəxanasının qastroenteroloqu Brennan Spigel deyir ki, bu, fikri yayındırmaqdan daha çoxdur. Spigel, tibb xəstəxananın virtual reallıq proqramına rəhbərlik edir.

Brennan Spigel, Cedars-Sinai Tibb Mərkəzi: “Qarın nahiyəsi, mədə ağrıları, diskomfort... bunlar mental vəziyyətlə əlaqəlidir. Beyin və mədə-bağırsaq sistemi daimi ünsiyyətdədir. Virtual reallıq isə bu ünsiyyətə müdaxilə edib, ağrıları azalda bilər.”

Brennan Spigel, Cedars-Sinai Tibb Mərkəzi: “Virtuallıq reallıq ağrını azalda bilər. Qan təzyiqini azalda bilər. İndi isə biz araşdırmamızını genişləndirib, virtual reallığın opioid asılılığını azalda bilib-bilməyəcəyini öyrənməyə çalışırıq.”

Bəs VR özü asılılığa çevrilə bilərmi?

Brennan Spigel, Cedars-Sinai Tibb Mərkəzi: “Biz VR-ı müalicə məqsədilə istifadə edən pasientlərimiz arasında həddindən artıq istifadənin şahidi olmamışıq”

Spigel hazırda virtual reallığı xəstəxanadan kənara, tərəfdaş klinikalara çıxarır. Onlardan biri oynaq ağrılarında əziyyət çəkən pasientlərin olduğu Attune Health klinikasıdır.

Svami Venuturupalli, Attune Health: “Biz yalnız diqqəti yayındırma metodundan istifadə etmirik. Biz pasientlərimizi dərin nəfəs almağa öyrətməyə çalışırıq.”

AppiedVR şirkəti isə öz növbəsində VR aptekinin formalaşdırılmasına çalışır.

Coş Salman, AppiedVR: “Sənə VR məzmunu seçimi lazımdır. Çünki müxtəlif cür müalicəyə ehtiyacı olan insanlar var.”

Pasientlər üçün məqsəd VR vasitəsilə düşüncələrini elə idarə etməklə ağrıya qalib gələ bilmək və bunu real həyatda tətbiq etməyi bacarmaqdır.

XS
SM
MD
LG