Accessibility links

“Sərnişinlər” filmində insanlar Yer Kürəsindən 120 illik bir səfərə çıxır


Elmi fantastiks janrında çəkilmiş yeni “Sərnişinlər” filmində yeni planetdə məskunlaşmaq məqsədi ilə insanlar Yer Kürəsindən 120 illik bir səfərə çıxır. Lakin səfər zamanı gözlənilməz hadisələr baş verir. Alimlər filmin böyük hissəsinin fantastikaya əsaslanmasına baxmayaraq, bəzi ideyaların arxasında elmi biliklərin dayandığını bildirir.

“Sərnişinlər” filmində uzaq bir planetdə yeni həyata başlamaq məqsədi ilə 120 illik səfərə çıxan insanlar yuxuya verilir.

D​igər ulduzlar ətrafında dövrə vuran planetləri tədqiq edən NASA alimi Tiffani Katariya deyir ki, insanın məskunlaşa biləcəyi şəraitin mövcud olduğu planet tapmaq o qədər də uzaq bir xəyal olmadığını deyil.

Tiffani Katariya: “Yad planetləri tədqiq etməkdə əsas məqsəd Yer Kürəsinə bənzər planet aşkar etməkdir ki, biz bir gün ola bilsin oraya köçə bilək.”

Filmdə sərnişinlər cazibə qüvvəsi yaratmaq üçün dövrə vuran fəza gəmisi ilə səyahət edir. Aerokosmik mühəndis Con Bradford ideyanın sadəcə elmi fantastika olmadığını deyir.

Con Bradford: “Bu, bəzi çətinlikləri və zəif cazibə qüvvəsi mühitində insan bədəninin zədələnməsini…məsələn sümüyün de-mineralizasiya və əzələnin zəifləməsi kimi halları aradan qaldırmaq üçün başlıca yollardan biridir. Süni cazibə qüvvəsi əldə etməklə bu problemi aradan qaldırmaq olar. Dövrə vurmaq isə bunun ən yaxşı yoludur.”

Fəzada hərəkətsiz və bağlı yerdə qalmaq imkanının təmin edilməsi üzərində Bradford şirkəti tədqiqat aparır. Ümid var ki, bir zaman insanların Marsa uçmaları üçün bundan istifadə ediləcək.

Fəzada vaxt keçirməyin və uzun müddət zəif cazibə qüvvəsinin mümkün təsirlərindən biri də astronaftların görmə qabiliyyətinin pisləşməsinə gətirib çıxaran kəllədaxili təyziqdir. Bradford bunun baş verməməsinə hərəkətsizliyin yardım etdiyini deyir.

Con Bradford: “Bədənin soyudulması, metobolizmin azaldılması kəllədaxili təyziqin azalmasına kömək edir. Yer Kürəsində bu üsuldan istifadə edilir. Biz onların qidasının, oksigenin miqdarını azalttıq. Burada gördüyünüz kimi, biz onları çox kiçik yerə yerləşdiririk.”

Bradford şirkəti bildirir ki, bu insanlar ilk dəfə iki həftə müddətinə yuxuya veriləcək.

Con Bradford: “Bu iki həftə hazırda istifadə edilən tibbi texnologiyalara əsaslanacaq. Bu, məhdud məlumat bazasına əsaslanır, amma əvvəllər də bundan istifadə edilib. Amma məqsəd bu müddəti beş, altı aya çatdırmaqdır. Komandaya bunun təsirinin nədən ibarət olacağını tam başa düşmək üçünsə 15, 20 il vaxt tələb olunacaq. Lakin qısa müddətli iki həftəlik səfər üçün Marsa ilk missiyanın həyata keçirilməsinə hazır olduğumuz haqda nikbinik. Biz sadəcə NASA-nı razı salmalıyıq.”

İnsanların Marsdan və ya bizim günəş sistemindən daha uzağa fəza səyahətinə çıxmağımıza gəldikdə isə burada artıq elm bitir və onun yerini fantastika əvəz edir.

Tiffani Katariya: “Yer Kürəsinə yaxın olan planet Proksima Sentauri-b planetidir. Bu planet Yer Kürəsindən 4.2 işıq ili məsafəsindədir. Juno fəza gəmisi Yupiter ətrafında saatda 240 min km sürətlə dövrə vurur. Yupiter kimi eyni fəza gəmisi cazibə qüvvəsinin köməyi ilə Proksima Sentauri-b planetinə çata bilsə, eyni sürətlə hesablasaq bu, on min illər davam edə bilər. Ona görə də işıq sürəti və ya işıq sürətinə yaxın sürətlə səyahət edə bilmək üçün texnologiyalar inkişaf etməlidir.”

Filmdə gördüklərimizin reallığa çevrilməsi üçün texnologiyalar uzun illər inkişaf etməlidir. Hələlik isə tamaşaçılar bu kimi filmlərin köməyi ilə fəza səyahətinin həyəcanını yaşaya bilərlər.

XS
SM
MD
LG