Accessibility links

Passiv poliqraf [Video]


Passiv poliqraf
please wait
Embed

No media source currently available

0:00 0:02:03 0:00

Passiv poliqraf Vaşinqton ştatının Sietl şəhərində inkişaf etdirilən yalan detektoru testinin yeni yüksək texnologiyalı versiyasıdır.

Yalan detektoru cihazının simləri və kəmərləri video kamera və alqoritmlə əvəzlənə bilər.

Yalan detektoru testi
Yalan detektoru testi

“Biz video görüntüdən istifadə edirik. Həmin görüntüyü dataya çevirib, daha sonra kəmiyyət metodlarından, kəmiyyət riyaziyyatından və videodan əldə etdiyimiz informasiyadan istifadə edərək insanların emosional reaksiyalarının hər hansı bir stimulla əlaqəsini müəyyən edirik”, deyə Silverlogic Labs-in baş icraçı direktoru Ceremaya Hamon bildirir.

Bu, yeni texnologiya deyil. Bu, ilk olaraq auditoriyanın TV şouları və kinolara reaksiyasını ölçmək üçün hazırlanıb. SilverLogic Labs-in alqoritmi insanların gizləmək istədiyi emosiaları üzə çıxaran mikro-mimikaları müəyyən edən köhnə araşdırmalardan istifadə edərək yeddi əsas reaksiyaya əsaslanaraq üz ifadələrini analiz edir. Bunlara qəzəb, ikrah, xoşbəxtlik və qorxu hissləri daxildir.

“Biz onun üzünü yaxından çəkmək istəyirik ki, daha çox detal əldə edək, çünki biz həmin görüntüyü prosess edib, emosional vektorları tərkib hissəslərinə ayıracağıq ki, onun öz dediyinə inanıb-inanmadığının doğruluğunu müəyyən edək”, deyə SilverLogic Labs-in əməliyyat meneceri Rabia Piasentini bildirir.

Poliqraf testi
Poliqraf testi

Burada alqoritm kədəri müəyyən edir. Testi həyata keçirən şəxsin dediyinə görə isə, bu onu göstərir ki, test olunan insan həqiqəti demir, çünki ilkin test onun yalan danışanda emosial narahatlıq hiss etdiyinə işarə edir.

Video kameranın real zamanda həyəcan səviyyələrini və emosional reaksiyaları müəyyən etmək qabiliyyəti bəziləri üçün məxfililkə bağlı narahatlıqlar yaradır, lakin şirkət deyir ki, bu narahatlıqlar əsassızdır.

“Məncə bu, vətəndaş haqlarının təkmilləşdirilməsidir, çünki kameralar və kompyuterlər irq, etnik, gender və yaş ayrı-seçkiliyi etmirlər”, Hamon deyir.

Passiv poliqraf gələcəkdə həqiqət axtarışında aktiv rol oyanya bilər.

XS
SM
MD
LG