Accessibility links

2023-cü il Yaxın Şərqə müharibə gətirdi


2023-cü il Yaxın Şərqə müharibə gətirdi
please wait

No media source currently available

0:00 0:03:45 0:00

Bu il ədliyyə sitemindəki islahatlara qarşı kütləvi etirazlardan tutmuş, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu və Qəzzada müharibəyə kimi hadisələr səbəbilə İsrail tarixində ən əlamətdar illərdən biri oldu. Bir çox israilli və fələstinlinin həyatı tamamilə dəyişib.

Doqquz aydan çoxdur ki, hər şənbə günü on minlərlə israilli küçələrə axışaraq baş nazir Benyamin Netanyahunun Ali Məhkəmədən səlahiyyəti alıb, hökumətə vermək planına etiraz edirdilər. Etirazın liderlərindən biri “Silah Qardaşları” adlı bir qrup ehtiyatda olan əsgər idi.

Ancaq oktyabrın 7-də minlərlə HƏMAS silahlısının Qəzza ilə sərhəddə yerləşən İsrailin 22 icmasına hücum edərək, 1200 nəfəri öldürüb, 240 nəfəri girov götürməsindən sonra hər şey dəyişdi.

“Dərhal əvvəlki etiraz hərəkatı ləğv edildi və hamı İsraili yenidən gücləndirmək üçün bir araya gəldi, çünki İsrail çox zəif vəziyyətdə idi,” Silah Qardaş və Bacıları qrupundan Ron Şerf deyir.

HƏMAS-ın terror hücumundan bir neçə həftə sonra İsrail ordusu Qəzzaya qurudan kütləvi işğala başladı ki, fələstinlilər bunun nəticəsində Qəzzada 18 mindən çox insanın öldüyünü bildirir.

“İsrail ordusunun Qəzzada yaratdığı dağıntılar o qədər böyükdür ki, onu təsəvvür etmək belə mümkün deyil. Bütün məhəllələr yerlə-yeksan olunub, silinib. Dağıntının səviyyəsi və miqyası sadəcə illər və illər çəkəcək,” Qəzzada Əl-Əzhar Universitetindən Mxaimer Əbu Səda deyir.

Beynəlxalq agentliklər ağır döyüşlər davam etdiyi bir vaxtda Qəzzada humanitar böhranının artması ilə bağlı xəbərdarlıq edir. Fələstinlilər deyir ki, onlar beynəlxalq icmanın atəşkəs tətbiq etməsini istəyir.

“Biz atəşkəs tələb edirik. Baş verənlər bəsdir. Biz mülki vətəndaşlarıq, burada axtarışda olan insanlar yoxdur. Bizi niyə vururlar? Biz uşaqlı və qadınlı mülki insanlarıq,” Rəfahda fələstinli Xəlif Əbu Nəca deyir.

İsrail bu müharibədə iki məqsədinin olduğunu deyir – HƏMAS-ın hərbi imkanlarını məhv etmək və girovları azad etmək. HƏMAS noyabrda bir həftə davam edən atəşkəs zamanı 300-dən çox fələstinli məhbusun müqabilində, əsasən qadın və uşaqlardan ibarət, 110 girovu azad edib. HƏMAS hələ də 129 nəfəri girov saxlayır.

Girovların ailələri deyir ki, onların sağ-salamat qayıtmaları üçün vaxtın daraldığından qorxurlar.

“Girovları sağ-salamat qaytarmaq üçün ən yaxşı təklifi masaya qoyun. Sağ-salamat. Biz onların ölü olaraq geri qayıtmasını istəmirik. Bunun üçün (biz) indi hərəkətə keçməliyik. Bizim vaxtımız yoxdur,” israilli girovun atası Rubi Çen deyir.

Bayden administrasiyası, İsrailin müharibəni aparmaq şəkli ilə bağlı demək olar yekdil beynəlxalq qınaqlar fonunda, İsraili dəstəkləyir və onu yardım və silahlarla təmin edir. Ancaq ABŞ və İsrailin Qəzzanın gələcəyi ilə bağlı görüşlərində dərin fikir ayrılıqları var.

“İsrailin hazırkı hökuməti iki-dövlətli həll yolunun qəti əleyhinədir. Və cənab Netanyahu İsrailin siyasi sisteminin ən sağçı ünsürlərindən asılı olduğu üçün, çətin ki, o, bu istiqamətdə hərəkət etsin. Şübhəsiz ki, məhz buna görə də, [ABŞ] prezidenti cənab Netanyahunun fərqli bir koalisiyasının olmalı olduğunu düşündüyünü söylədi,” Bar-İlan Universitetindən Conatan Raynhold deyir.

Rəy sorğularına əsasən, israillilərin əksəriyyəti deyir ki, müharibə bitən kimi Netanyahu əvəz olunmalıdır. Ancaq o zamana kimi, Netanyahu sonu görünməyən amansız müharibədə HƏMAS-a qarşı mübarizəyə rəhbərlik edir.

Forum

XS
SM
MD
LG