Amerika Birləşmiş Ştatların Patent və Ticarət Nişanı Ofisinin nümayəndələri aprelin 18-19-da Bakıda Azərbaycan Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin əməkdaşları üçün interaktiv seminar keçirib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat üçün açıqlamasında deyilir ki, seminarda ticarət nişanlarının qeydiyyatı və qorunmasına dair təcrübələr müzakirə edilib. Ticarət nişanlarının qorunması biznesin, innovasiyaların və investisiyaların təşviqində vacib rol oynayır.
Səfirlik bildirir ki, sözügedən seminar Birləşmiş Ştatların Azərbaycana daha da əlverişli biznes və investisiya mühitinin yaradılmasında göstərdiyi dəstəyin bir nümunəsidir.