Accessibility links

Böyük Teatrın baletmeysterinə hücum edənlər məhkəmə qarşısına çıxarılıb


Rusiyanın Böyük Teatrının rəqqası teatrın baletmeysterinə qarşı hücumu təşkil etdiyini, ancaq onun üzünə sulfat turşusu atılmasını tələb etmədiyini deyib. O, Filıinin döyülməsini istədiyini bildirib.

Üç şüphəli rəqqas-Pavel Dmitriçenko və iki ortağı məhkəmədə zaminlik dinləmələrində iştirak edib.

Dmitriçenkonun aprelin 18-dək həbsdə saxlanmasına dair hökm çıxarılıb.

Polis deyir ki, Dmitriçenko öz ortağı Yari Zarutskiyə Serqey Filinə hücum etməsi üçün 1,600 dollar ödəyib.

Üçüncü şüphəli sürücü qismində günahkar bilinib. O, hücumdan xəbərsiz olduğunu deyib.

Filin yanvar ayının 17-də işdən qayıdarkən evi yaxınlığında hücuma məruz qalmışdı. O, üzü və gözlərinin yanması ilə ciddi xəsarət alıb.

Bir neçə cərrəhiyyə əməliyyatı keçirən Filin hazırda Almaniyada müalicə edilir.
XS
SM
MD
LG