Accessibility links

Yaponiyanın Pearl Harbor-a hücumundan 75 il ötür


Bu gün Yaponiyanın Pearl Harbor-a hücumundan 75 il ötür. Bu hücum ABŞ-ı İkinci Dünya Müharibəsinə qoşulmağa vadar etmişdi.

Havayda keçirilən mərasimlərə Yaponiyanın səhər saatlarında 2400-ə yaxın insanın ölümü ilə nəticələnən hücumu ilə eyni vaxtda start verilib.

Tədbirlərdə əklillər qoyulur, orkestrlərin ifasına yer verilir, köhnə təyyarələr havaya qalxır.

Digər tarixi bir mərasim 20 gün sonra Yaponiyanın baş naziri Şinzo Abenin hücum zamanı ölənlərin şərəfinə salınan memorialın ziyarəti zamanı baş tutacaq. Abenin hücuma görə üzr istəməsini gözləyənlər məyus ola bilər.

“Səfərin məqsədi üzrxahlıq deyil, müharibə qurbanlarının xatirəsinin anılmasıdır,”- deyə, Yaponiyanın nazirlər kabinetinin baş katibi Yoşihide Suqa bildirib.

Səfərin məqsədi üzrxahlıq deyil, müharibə qurbanlarının xatirəsinin anılmasıdır

​6 ay əvvəl ABŞ prezidenti Barak Obama Yaponiyanın Hirosima şəhərində memorialı ziyarət edən ilk ABŞ prezidenti olmuşdu. 1945-ci ildə ABŞ dünyada ilk atom bombasını II Dünya Müharibəsinin sonunda məhz Hirosimaya atmışdı.

Naqoya Universitetindən Metyu Linlinin sözlərinə görə, Abe və onun Yaponiyadakı tərəfdarlarına bu səfər müharibədən sonrakı eranın sonu kimi görünür.

Pearl Harbor döyüşlərinin veteranları
Pearl Harbor döyüşlərinin veteranları

O bildirib ki, Yaponiya hökumətinin ABŞ-ın növbəti prezideni Donald Trampla yaxşı əlaqələr qurması vacibdir.

Abe Trampla görüşən ilk xarici lider olub. Görüş ötən ay baş nazirin Nyu-Yorka səfəri zamanı baş tutub.

XS
SM
MD
LG