Accessibility links

Pedro Aqramunt İlqar Məmmədovla görüşüb


Pedro Agramunt Met today Ilgar Mammadov in detention
Pedro Agramunt Met today Ilgar Mammadov in detention

Bakıda səfərdə olan AŞPA-nın yeni prezidenti Pedro Aqramunt martın 1-də REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovla cəzaçəkmə müəssisində görüşüb.

Pedro Aqramuntun rəsmi Twitter səhifəsində İlqar Məmmədovla fotosu yer alıb.

“Bu gün məhbus İlqar Məmmədovla görüşdüm, onun işini həll etmək üçün işlərimizi davam etdiririk”, o yazıb.

İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Lakin onlar ittihamı uydurma və siyasi motivli hesab edirlər.

Amnesty İnternational onları “vicdan məhbusu” elan edib.

Hələ bir il öncə Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxllması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Ötən ilin noyabrında isə Avropa İnsan Haqları Məhkəməsi T.Yaqublunun şikayətini təmin edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG