Accessibility links

Pekində şiddətli yağış və sellər nəticəsində 10 nəfər həlak olub


Pekində son 60 ildən ən şiddətli yağışlar nəticəsində 10 nəfər həyatını itirib, 50 mindən çox insan evakuasiya edilib.

Çinin rəsmi Sinxua agentliyinin verdiyi məlumata görə, bazar günü şiddətli yağışlar nəticəsində baş vermiş sellər insanların evdən çıxmasına mane olub, maşınları yuyub aparıb.

Pekinin beynəlxalq hava limanında yüzlərlə uşuşun təxirə salınması 80 mindən çox insanın səfərini davam etdirməsinə mane olub.

Rəsmilri Pekin və şəhərin ətrafında 17 santimetrə qədər yağış yağdığını bildirir. Lakin bəzi rayonlarda yağış səviyyəsinin 46 santimetrə çatdığı deyilir.

Şənbə günü başlamış yağışların bazar ertəsi gününə qədər davam edəcəyi gözlənilir.


Pekində yağışlar
please wait

No media source currently available

0:00 0:00:25 0:00
XS
SM
MD
LG