Accessibility links

Pekinez cinsi nüfuzlu it yarışının qalibi oldu


Pekinez cinsi nüfuzlu it yarışının qalibi oldu
Pekinez cinsi nüfuzlu it yarışının qalibi oldu

Dörd yaşlı Pekinez cinsli it Nyu York şəhərində keçirilən nüfuzlu Vestminister Kennel Klubunun təşkil etdiyi it yarışının qalibi olub.

Malaki adlı it ən yüksək priz uğrunda mübarizədə altı başqa iti üstələyib. O, ötən il xalis cinsli itlərin yarışında ikinci yeri tutmuşdu.

İki günlük şouda 2000 it iştirak edib. Başqa finalistlər sırasında alman çobaniti, doberman, irlandiyalı setter, dalmatiya, kerri göy terriyer və dakshund olub.

XS
SM
MD
LG