Accessibility links

Pelosi İordaniyaya səfər edən nümayəndə heyətinə başçılıq edir


ABŞ Nümayəndələr Palatasının spikeri İordaniyaya səfər edən Amerika qanunvericilərindən ibarət nümayəndə heyətinə başçılıq edir.

Nensi Pelosi ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəsə baxmayaraq, dərinləşməkdə olan Suriya böhranını müzakirə edir.

Nümayəndə heyətinin səfəri prezident Donald Trampın ABŞ qüvvələrini Suriyadan çıxarmaqsına dair tənqidlər fonunda baş tutub.

Pelosi və digər 9 konqresmen İordaniya kralı Abdulla ilə görüşüb. Paytaxt Əmmanda keçirilən müzakirələr regional sabitlik üzərində mərkəzləşib.

Kral Abdulla Suriyanın ərazi bötövlüyünün qorunmasının cavibliyini vurğulayıb.

Türkiyə ilə Birləşmiş Ştatların Türkiyənin terrorçu adlandırdığı kürd döyüşçülərinə qarşı hücumunu beş gün müddətinə dayandıracağı barədə razılıq əldə edib.

Razılığa əsasən, kürd döyüşçüləri Türkiyə ilə Suriya arasındakı sərhəd boyu tutduqları mövqelərdən çəkilməli və Türkiyə həmin ərazilərdə öz mövqeyini gücləndirməlidir.

İordaniya ABŞ-ın regionadakı ən yaxın müttəfiqidir.

XS
SM
MD
LG