Accessibility links

Pelosinin səfərindən sonra Çin Tayvanı əhatə edən sulara azı 11 ballistik raket atıb


Tayvan rəsmilərinin bildirdiyinə görə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərini başa vurmasından bir gün sonra, cümə axşamı Çin Tayvanı əhatə edən sulara azı 11 ballistik raket atıb.

Tayvan Müdafiə Nazirliyi bildirib ki, Çin ordusu cümə axşamı günortadan sonra bir silsilə atəşlə Tayvanın şərq, cənub və şimal sahilləri yaxınlığındakı sulara Dongfeng ballistik raketləri atıb.

Çin bundan əvvəl hərbi təlimlərin Tayvan yaxınlığındakı altı zonaya təsir edəcəyini və bazar gününə qədər davam edəcəyini deyib. Tayvan rəsmiləri isə cümə axşamı keçirilən təlimlərin bir gün daha davam edəcəyini və yeddinci zonaya qədər uzadıldığını bildirib.

Çinin dövlət nəzarətində olan mediası bildirdiyinə görə, sınaqlar “uzaq mənzilli raket artilleriyası” və “ənənəvi raketlər”dən ibarət olub. Hesabatlarda ətraflı məlumat verilmədən, “gözlənilən nəticələr əldə edildi” deyilib.

Çinin sosial mediasında yayılan videolarda raketlərin Tayvanın təxminən 125 kilometrliyindən, Çinin şərqindəki Fujian vilayətinin Pintan şəhərindən atıldığı nümayiş etdirilib.

Tayvanın cənub sahilindən 20 kilometrdən az məsafədə, təyin olunmuş canlı atəş zonalarından biri olan Tayvan boğazında keçirilən təlimlər Çinin indiyə qədərki ən böyük və ən təxribatçı təlimləridir.

ABŞ-ın son 25 ildə Tayvana ən yüksək səviyyəli səfərini edən Pelosi adanı cümə axşamı tərk edib. Çin onun səfərini ada üzərindəki iddialarına qəbuledilməz bir çağırış kimi qiymətləndirib.

Bəzi hərbi analitiklər və hətta Çin dövlət mediası təlimləri işğal üçün məşq və Pekinin Tayvanı blokadaya ala biləcəyinin nümayişi kimi qiymətləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG