Accessibility links

Tramp: Broadway Mayk Pensdən üzr istəməlidir


ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Tramp Broadway teatrının aktyorlarının növbəti vitse-prezident Mayk Pensdən üzr istəməyə çağırıb. Bu gün teatrda Hamilton musiqili tamaşasını izləməyə gələn Mayk Pens qəribə hadisə ilə üzləşib. Belə ki, tamaşanın aparıcı aktyorlarından biri tamaşadan dərhal sonra ona müraciətlə nitq söyləyib.

Qızı və qardaşı oğlu ilə tamaşaya qatılan Pens zalda fitə basılıb. Tamaşa başa çatandan sonra isə Aaron Burr rolunu oynayan aktyor Brandon Viktor Dikson birbaşa Pensə müraciət edərək, onun "onlar üçün işləməsini" təkidlə xahiş edib.

"Biz, fərqliliklərlə dolu Amerika, narahatıq ki, sizin yeni administrasiyanız bizi, planetimizi, övladlarımızı qorumayacaq, hüquqlarımıza hörmət etməyəcək" - deyə Pens səhnəni tərk etmək üzrə olarkən Dikson bildirib.

Zaldan nitq alqışlansa da, Dikson çıxışını başa vuran zaman artıq Pens auditoriyanı tərk etmişdi.

Vitse-prezidentinə qarşı bu mühasibəti bəyənməyən Tramp bu gün səhər teatrın Pensdən üzr istəməsini tələb edib.

Bizim gözəl vitse-prezidentimiz Mayk Pens dünən axşam Hamilton tamaşası zamanı kameralar qarşısında təzyiqə məruz qalıb. Bu, baş verməməli idi! Teatr həmişə təhlükəsiz və xüsusi məkan olmalıdır. Hamilton tamaşası dünən gözəl insan Mayk Pensə kobudluq edib. Üzr istəməlidirlər!
Donald Tramp

"Bizim gözəl vitse-prezidentimiz Mayk Pens dünən axşam Hamilton tamaşası zamanı kameralar qarşısında təzyiqə məruz qalıb. Bu, baş verməməli idi!" - deyə Tramp Twitter mesajında bildirib: "Teatr həmişə təhlükəsiz və xüsusi məkan olmalıdır. Hamilton tamaşası dünən gözəl insan Mayk Pensə kobudluq edib. Üzr istəməlidirlər!".

Amerikanının qurucu babalarından olan Aleksandr Hamiltonun həyatını əks etdirən Hamilton musiqili tamaşası bir çox mükafatlar qazanmış tamaşadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG