Accessibility links

Mayk Pens - ABŞ-ın növbəti vitse-prezidenti [Video]


Mayk Pens - ABŞ-ın növbəti vitse prezidenti
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Mayk Pens - ABŞ-ın növbəti vitse prezidenti

Donald Trampdan fərqli olaraq ABŞ-ın növbəti vitse-prezidenti Mayk Pens ictimai xidmət göstərmiş siyasətçidir. O, 6 dəfə konqresmen və İndiana ştatının qubernatoru olub.

Mayk Pens Amerikanın orta-qərb ştatındandır və güclü mühafizəkar kredensiallara sahibdir.

"Məni tanıyanlar bilir ki, mən müvafiq olaraq çox sadə insan, bir xristian və mühfizəkar, eləcə də respublikaçıyam" - deyə Mayk Pens bildirir.

Yaxşı insanlar başqalar baxmayaraq yaxşılıq edənlərdir və bu isə ölkənin mərkəz bölgəsində, İndiana kimi ştatlardə aşılanan dəyərlərdəndir.
Randi Diklin

Bu dəyərlər Pensə dogma ştatından gəlib.

KQlobal Konsaltinq şirkətindən Randi Diklin: "Yaxşı insanlar başqalar baxmayaraq yaxşılıq edənlərdir və bu isə ölkənin mərkəz bölgəsində, İndiana kimi ştatlardə aşılanan dəyərlərdəndir".

1990-ci ildə Pens mühafizəkar talk-şou aparıcısı olan zaman o, Randi DiKlinlə özünün gələcək ümidləri və dövlət xidmətlərindən danışmışdı.

Randi DiKlin: “Onun dedikləri çox müsbət, ruhlandırıcı idi”.

Pol Rayan: “O, əqidə insanıdır. Siz ona inana bilərsiz. O, ürəkdən danışır. Mühafizəkarların, Amerikanın ürəyindən”.

Biz bir qism intellektual insanın uzaqdan bizim həyatımızı planlaşdırmasındansa, özümüzün bunu planlaşdırmalı olduğunu söyləməkdən yorulmuşuq.
Mayk Pens

Konqres uğurunda iki dəfə uğursuz mübarizədən sonra Pens nəhayət 2000-ci ildə Kapitolidə İndiana ştatının təmsil etməyə başlayıb.

O, Vaşinqtonda təcrübə qazanıb. Lakin insanların probleminin həllini təkcə hökumətdə görmür.

Mayk Pens: “Biz bir qism intellektual insanın uzaqdan bizim həyatımızı planlaşdırmasındansa, özümüzün bunu planlaşdırmalı olduğunu söyləməkdən yorulmuşuq”.

2012-ci ildə İndianaya qayıdan Pens qubernator olaraq fəaliyyətə başlayıb. Bu müddətdə o, abort qalmaqalı, dini azadlıqlar və homeseksualların hüquqlar arasındakı münaqişələrlə üzləşib.

Mayk Pens: “Bu qanun sahibkarlara kiməsə xidmət göstərməmək hüququ vermir.”

Donald Trampın seçilməsinə şübhə ilə yanaşan partiyanın mühafizəkar qanadı bilir ki, onlar Pensə inana bilər. O, təcrübəli siyasətçidir, Konqresdə yetərli zaman keçirib və İndiana qubernatoru olub. Fikrimcə Pens administrasiya adından Konqres üzvləri ilə sövdələşmələr aparmaq üçün böyük dəyər ola bilər/
Qeri Nordlinqer

Pens güclü inancı ilə məsələlərdə balans yarada bilib.

"Donald Trampın seçilməsinə şübhə ilə yanaşan partiyanın mühafizəkar qanadı bilir ki, onlar Pensə inana bilər. O, təcrübəli siyasətçidir, Konqresdə yetərli zaman keçirib və İndiana qubernatoru olub. Fikrimcə Pens administrasiya adından Konqres üzvləri ilə sövdələşmələr aparmaq üçün böyük dəyər ola bilər" - deyə Corc Vaşinqton Universitetindən Qeri Nordlinqer bildirir.

DiKlin bildirir ki, Pensin şəxsi dəyərləri çox mühümdür: “Düşünürəm ki, o, cəsarətli, strateji liderdir.”

Pensin keyfiyyətlərinin Tramp administasiyasına müsbət təsir edəcəyinə ümid bəslənir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG