Accessibility links

Mayk Pens Asiya səfərinə başlayır


ABŞ-ın vitse-prezidenti Mayk Pens
ABŞ-ın vitse-prezidenti Mayk Pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens Cənubi Koreya da daxil olmaqla Asiya-Sakit okeanı hövzəsi ölkələrinə səfərə başlayır. Onun səfəri Koreya yarımadası ətrafında gərginliyin mövcud olduğu vaxta təsadüf edir.

Pens 10 gün sürəcək səfər zamanı Yaponiya, İndoneziya, Avstraliya və Havay adalarında olacaq.

Asiya-Sakit okeanı hövzəsi ölkələrinə ilk rəsmi səfəri zamanı Payk Pens ticarət, iqtisadi və təhlükəsizlik məsələləri, o cümlədən, Şimali Koreyanın təhrikedici hərbi fəaliyyətlərini müzakirə edəcək.

ABŞ-ın vitse-prezidentinin sözçüsü Mark Lotter Amerikanın Səsinə deyib ki, səfər administrasiyanın "Asiya-Sakit okeanı ölkələri ilə müttəfiqlik və tərəfdaşlığa yüksək dəyər verdiyi " kimi yanaşmasının möhkəmlənməsinə xidmət edəcək.

Şimali Koreyada hərbi parad
Şimali Koreyada hərbi parad

Şimali Koreya çoxlarının gözlədiyi kimi ölkədə milli bayram günü olan aprelin 15-də nüvə sınağı keçirməsə də,hazırkı prezident Kim Yonq Un babası və ölkənin əsasını qoymuş Kim İr Senin anadan olmasının 105 illiyi münasibətilə hərbi paradı qəbul edib.

Vitse-prezidentin Pensin Cənubi Koreyaya səfəri Pxenyanın ölkənin şərq sahillərində ballistik raket sınağı keçirməsindən iki həftəyə təsadüf edir. Bu, Şimali Koreyanın son illər keçirdiyi raket və nücə sınaqları silsiləsində sonuncu sınaqdır. ABŞ prezidenti Donald Tramp ABŞ-ın Şimali Koreyanın aqressiv hərəkətlərinə son qoymaq üçün lazım gəlsə təktərəfli qaydada hərəkətə keçə biləcəyi ilə xəbərdarlıq edib.

Pens Cənubi Koreya və Yaponiyanı ABŞ-ın Şimali Koreyanın təcavüzkarlığı qarşısında bu ölkələri müdafiə etməyə kömək edəcəyinə əmin etmək kimi bir vəzifəni yerinə yetirəcək.

ABŞ-ın təyyarədaşıyan gəmisi USS Karl Vinson
ABŞ-ın təyyarədaşıyan gəmisi USS Karl Vinson

Cənubi Koreyada olduğu müddətdə Pens baş nazir Hvanq Kyo-ahnla və yerli biznes liderləri ilə görüşlər keçirəcək. O, Pasxa bayramını Amerika və Cənubi Koreya əsgərləri ilə qeyd edəcək.

Çərşənbə axşamı günü Pens Cənubi Koreyadan Yaponiyaya səfər edəcək. Baş nazir Şinzo Abe ilə görüşdə Tramp və Abenin fevral ayında təşəbbüsü ilə iqtisadi müzakirələr yer alacaq. Pens səfər zamanı Yaponiya rəsmiləri ilə iqtisadi məsələləri müzakirə edəcək.

ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abeni Ağ Evdə qəbul edir
ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abeni Ağ Evdə qəbul edir

Səfər həmçinin Pensə Trampın ABŞ-ın Trans-Sakit Okeanı Tərəfdaşlıq Müqaviləsindən çıxması haqda qərarını müzakirə etmək imkanı verəcək.

Avstraliya və Yaponiya bu müqavilənin iştirakçılarıdır.

Avstraliyada olduğu müddətdə ABŞ-ın vitse-prezidnti baş nazir Malkolm Turnbulla danışıqlar aparacaq. Tramp hakimiyyətə gəldiyi ilk günlər onunla telefon söhbəti zamanı Turnbul və prezident Barak Obama arasında qaçqınların Avstraliyada yerləşdirilməsinə dair əldə edilən razılaşmanı "ən pis razılıq" adlandırmışdı.

Tramp daha sonra Avstraliyaya yetişən qaçqınların yerləşdirilməsinə dair razılığa dəstək bildirib, lakin onların ciddi şəkildə yoxlanmasını şərtirini irəli sürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG