ABŞ-ın vitse-prezidenti Çinin Şimali Koreyaya nüvə silahı istehsalından çəkindirmək üçün nüfuzundan istifadə edəcəyinə əminliyini ifadə edib.
Mayk Pens bu gün Avstraliyanın Sidney şəhərində o ölkənin baş naziri Malkolm Turnbulla birgə mətbuat konfransında iştirak edib.
Həm ABŞ, həm də Avstraliya Çinə üzərinə daha artıq məsuliyyət götürməsi üçün təzyiq göstərir.
ABŞ Koreya yarımadasını nüvəsizləşdirməyənədək sakitləşməyəcək
Pens deyib ki, Pxenyanın ballistik raket proqramı regionda sabitlik və təhlükəsizliyə, habelə ABŞ-a hədə törədir.
Daha əvvə İndoneziyada olan vitse-prezident beynəlxalq ictimaiyyətin Şimali Koreyaya diplomatik və iqtisadi təzyiq göstərməli olduğunu deyib.
Yaponiya səfəri zamanı isə Mayk Pens bildirib ki, ABŞ Koreya yarımadasını nüvəsizləşdirməyənədək sakitləşməyəcək. O, bütün variantların masa üzərində olduğunu bildirib.
Şimali Koreya ilə aparılan müzakirələrə diqqət çəkən vitse-prezident o ölkənin vədlərinə əməl etməyərək, daha çox provokasiyalara yol verdiyini deyib.
ABŞ-ın vitse-prezidenti Amerikanın Suriya və Əfqanıstandakı hücumlarına istinadən bildirib ki, Şimali Koreyanın nüvə təhlükəsinin qarşısını almaq üçün prezident Donald Tramp hərbi gücdən istifadə edə bilər.
Pensin 10 günlük səfərinə Cənubi Koreya, Yaponiya, İndoneziya, Avstraliya və Havay adaları daxildir.