Accessibility links

Mayk Pens: Məni Hillari Klintonla müqayisə etmək olmaz


ABŞ-ın vitse-prezidentinin İndiana ştatının qubernatoru olduğu zaman özəl email hesabından istifafə etdiyi haqda məlumat verilib

ABŞ -nı vitse-prezidenti maykl Pens deyib ki, onun İndiana ştatının qubernatoru olduğu zaman şəxsi email hesabından istifadə etməsi ilə keçmiş dövlət katibi Hillari Klintonun email serverindən istifadəsilə bağlı problemləri müqayisə etmək mümkün deyil.

Pens Viskonsin ştatında müxbirlərlə söhbətində bildirib ki, Klintonun problemləri "özəl serverə malik olması, məxfi məlumatlardan düzgün istifadə etməsi və Konqresin emaillərin açıqlanmasını istədiyi zaman onları pozması"nı əhatə edir.

Mən tamamilə əminəm ki, biz İndiana ştatının qanunları çərçivəsində hərəkət etmişik. Və vitse-prezident kimi xidmət göstərdiyim müddətdə mən bu praktikanı davam etdirəcəm.

Pensin AOL platformasında özəl email hesabından istifadə etməsi haqda məlumatı ilk dəfə The Indinapolis Star qəzeti tərəfindən verilib. Qəzetin verdiyi məlumata əsasən Pens daxili təhlükəsizlik məsələləri kimi həssas mövzuları müzakirə etmək üçün özəl hesabından istifadə edib.

Vite-prezident Pens Klintonun email problemləri ilə hər hansı bir müqaysini rədd edərək, bunun səbəbini İndiana ştatında rəsmilərin öz email hesablarından istifafə etməsinin qanuni olması ilə izah edib. Pens əlavə edib ki, Klintondan fərqli olaraq o, qubernator kimi heç bir məxfi məlumat ötürməyib.

Vitse-prezidentin ofisindən bildirilib ki, Pens aldığı bütün emailləri vəzifə müddəti başa çatanda İndiana ştatına təqdim edib.

"Mən tamamilə əminəm ki, biz İndiana ştatının qanunları çərçivəsində hərəkət etmişik. Və vitse-prezident kimi xidmət göstərdiyim müddətdə mən bu praktikanı davam etdirəcəm"-deyə Pens bildirib.

Klintonun özəl email serverindən istifadə etməsi ona qarşı keçən il Ağ Ev uğrunda mübarizə apardığı dövrdə tənqidlərin əsasında dururdu.

Dövlət Departamenti Klintonun özəl serverindən istifadə etməsinin departamentinin qanunlarının pozulması olduğunu bildirmişid. Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi Klintonun məxfi məlumatlarla ehtiyatsız davrandıığını, lakin ona qarşı cinayət ittihamlarının irəli sürülməyəcəyini demişdi.

XS
SM
MD
LG