Accessibility links

ABŞ-ın vitse-prezidenti Rusiya ilə qonşu 3 ölkəyə səfərə başlayıb


ABŞ-ın vitse-prezidenti Rusiyanın regiondakı niyyətlərindən narahatlıq bildirmiş üç ölkəyə səfər edir. Mayk Pens iyulun 30-da Tallinə çatıb, daha sonra Gürcüstan və Monteneqroya gedəcək.

ABŞ administrasiyası rəsmilərinin sözlərinə görə, bu səfər Prezident Donald Trampın iyulun əvvəlində Avropaya səfərinin davamıdır.

O zaman Tramp Polşa və Almaniyada olmuş, NATO-ya dəstəyini bildirmiş, eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü.

Tramp ABŞ-ın NATO sazişinin 5-ci maddəsinə dəstəyini bildirib. Həmin maddədə deyilir ki, NATO ölkəsinə hücum alyansın bütün üzvlərinə hücum deməkdir. Tramp Rusiyanı da Avropadakı hərəkətlərinə görə tənqid edib.

Estoniya və Monteneqro NATO üzvləridir, Gürcüstan isə alyansa qoşulmağa ümid edir.

ABŞ-ın vitse-prezidenti Amerikanın ticarət və investisyaya dəstək mesajı ilə çıxış etməlidir. Pense bundan əlavə ifadə azadlığı, demokratiya və dini tolerantlıq kimi dəyərlərdən də danışmalıdır.

Estoniyada Pens ticarət və kiber təhlükələri məsələsində əməkdaşlığın vacibliyini vurğulayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG