Accessibility links

Mayk Pens İordaniya, Misir və İsrailə səfər edəcək


ABŞ-ın vitse-prezidenti Mayk Pens
ABŞ-ın vitse-prezidenti Mayk Pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens prezident Donald Trampın adından bu ayın sonu İordaniya, Misir və İsrailə səfər edəcək. Bu haqda Pensin ofisinin açıqladığı bəyanatda bildirilir.

“Vitse-prezident bizim Birləşmiş Ştatların regiondakı müttəfiqlərilə gələcək nəsilləri təhlükə altına alan radikalizmin məğlub edilməsi işinə sadiqliyimizi bir daha təsdiq etmək məqsədilə Yaxın Şərqə səfər edəcək. Vitse-prezident Misir, İordaniya və İsrail liderləri terrorizmə qarşı mübarizə və bizim milli təhlükəsizliyimizin yaxşılaşdırılması üzərində birgə iş yollarını müzakirə etməsini səbirsizliklə gözləyir”, Pensin mətbuat katibi Alissa Farah bildirib.

Yanvarın 19-dan 23-nə qədər planlaşdırılmış səfər bundan öncə Trampın ABŞ-ın səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarına görə regionda baş qaldırmış etirazlarla əlaqədar təxirə salınmışdı. ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı BMT Təhlükəsizlik Şurası tərəfindən rədd edilmiş və beynəlxalq liderlər tərəfindən qınanmışdır.

ABŞ-ın vitse-prezidentinin qarşıdan gələn səfəri ilə əlaqədar verilmiş bəyanatda həmçinin deyilir ki, Pens səfəri zamanı “təqib edilən dini azlıqlara yardıma” ehtiyac məsələsini müzakirə edəcək.

Keçən ay silahlı şəxsin Qahirədən cənubda kilsənin qarşısında və sahibi xristian olan dükanın qarşısında atəş açması nəticəsində bir polis işçisi də daxil olmaqla, doqquz nəfər həyatını itirib.

XS
SM
MD
LG