Accessibility links

Mayk Pens Kosovodadır


Montenegro US Pence
Montenegro US Pence

ABŞ-ın vitse-prezidenti Mayk Pens vəd edib ki, Kosovonun NATO-ya tam üzvlüyü yolundakı maneələrin aradan qaldırılmasına kömək edəcək. Bunu Kosovo prezidenti Haşim Taci avqustun 2-də Pens ilə görüşdən sonra deyib.

Taci Facebook-da yazıb ki, iki lider Monteneqrodakı Adriatik Xartiyası sammiti çərçivəsində «dostcasına və konstruktiv» görüş keçiriblər.

Onun sözlərinə görə, Pensə deyib ki, Kosovo ABŞ-ın müttəfiqi olaraq qalır və «ekstremizmin, radikalizmin və terrorçuluğun hər hansı formasına qarşı mübarizədə güzəştə gedən deyil».

Pens avqustun 2-də Serbiyanın yeni baş naziri Ana Brnabiclə də görüşüb. O, mühafizəkar ölkənin ilk açıq homoseksual prezidentidir.

Brnabicin ofisinin yaydığı məlumata görə, o, Pensdən Serbiyanın Avropa Birliyinə üzvlüyü yolunda dəstəyini istəyib və tərəflər regional sabitlik, ikitərəfli münasibətləri müzakirə ediblər.

Sammitdə çıxış edən Pens Qərbi Balkan ölkələrini AB və NATO yolunda irəlilədikcə, fikir ayrılıqlarını kənara qoymağa çağırıb.

Avqustun 1-də ABŞ-ın vitse-prezidenti Pens Monteneqroda səfərdə olarkən bu ölkənin liderlərini alqışlayıb, onların Rusiyanın təzyiqinə dirəniş göstərdiyini vurğulayıb.

Pens bu kiçik Balkan ölkəsinə Gürcüstandan gedib. Tbilisidə isə Rusiyanı 2008-ci il müharibəsindən sonra Gürcüstanın ərazisini «işğal etməsinə» görə tənqid edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG