Accessibility links

ABŞ-ın vitse-prezidenti bir həftəlik səfərlə Latın Amerikasına yola düşüb


ABŞ-ın vitse-prezidenti bir həftəlik səfərlə Latın Amerikasına yola düşüb. Mayk Pens Kolumbiya, Argentina, Çili və Panama liderləri ilə görüşəcək.

Pens ABŞ-ın effektiv səyyar səfirinə çevrilib. Belə ki, Tramp administrasiyası diplomatik vəzifələrə hələ təyinatlar etməyib.

Aprel ayından bəri vitse-prezident Çənubi Koreya, Yaponiya, İndoneziya və Avstraliyaya səfər edib, Brüssel və Münhendə təhlükəsizlik görüşlərinə qatılıb, Estoniya, Gürcüstan və Monteneqroda olub.

Onun Latın Amerikasına səfəri Cənubi və Şimali Afrika liderlərinin ABŞ siyasətinə etibar etmədikləri, prezident Trampın Venesuela böhranına hərbi müdaxilənin istisna edilmədiyini dediyi bir vaxt baş turur.

Kolumbiyanın Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək, Trampın xəbərdarlığını qınayaraq, Venesuela böhranının demokratik yolla, o ölkənin suverenliyinə ehtiram göstərilməklə həllinin vacibliyini bildirib.

Pens Kolumbiya prezidenti ilə Trampın bəyanatını müzakirə edəcək.

Çilidə isə onun Amerikanın Trans-Sakit Okeanı Tərəfdaşlıq sazişindən çıxmasına dair suallar gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG