Accessibility links

ABŞ-ın vitse-prezidenti maska taxmadığına görə tənqidlərə tuş gəlib


ABŞ-ın vitse-prezidenti Mayk Pensin Minnesota ştatının Roçester Mayo Klinikasını ziyarət zamanı maska taxmaması ciddi tənqidlərlə qarşılanıb. Göründüyü kimi o, sağlamlıq mərkəzinin siyasətinə riayət etməmiş olub.

COVID-19-dan sağalanları ziyarət etdiyinə dair videolarda onun maskasız olduğu, digərlərinin isə maska taxdıqları görünür. Pens mərkəzin koronavirus testləri aparılan laboratoriyasında da maskasız olub.

Vitse-prezident Ərzaq və Dərman Administrasiyasının rəhbəri Stefen Han, Mayo Klinikiasının rəsmiləri, ştat qubernatoru Tim Valz və ABŞ nümayəndəsi Cim Heycdon da daxil edilməklə, bütün digər iştirakçılardan fərqli olaraq test və aradırma müzakirələri zamanı da maska geyməyib.

Mayo-nun Tvitter hesabında bildirilib ki, klinika vitse-prezidenti ziyarətdən öncə öz qaydaları barədə xəbərdar etmişdi. Lakin bu tvit daha sonra silinmişdi. Rəsmilərin tvitin nəyə görə silindiyinə dair suallara birmənalı cavab verməyib.

"Mayo VP ofisinə qaydaları barədə məlumat vermişdi" - deyə, səhiyyə mərkəzi bildirib.

Pens isə maska taxmamasını mütamadi olaraq testlərdən keçməsi ilə izah edib.

"ABŞ-ın vitse-prezidenti kimi mütəmadi şəkildə koronavirus testlərindən keçirəm. Ətrafımda olan hər kəs də testlərdən keçib" - deyə, Pens bildirib.

"Koronavirusa yoluxmadığıma görə, düşündüm ki, alimlər və möhtəşəm sağlamlıq personalı ilə şəxsən görüşüb təşəkkür etmək imkanına malikəm" - vitse-prezident əlavə edib.

Pens üz maskalarına əhəmiyyət verməyən yeganə Ağ Ev rəsmisi deyil.

Prezident Donald Tramp federal qaydalarla bağlı tövsiyələri açıqlayarkən bu məsləhətlərə riayət etməyəcəyini demişdi.

Pens bir həftə əvvəl də ventilyatorlar istehsal edən obyektə maskasız getmişdi. Viskonsindəki obyektdə maskasız insanlar da olmuşdu.

Ağ Ev Pensin koronavirusa yoluxmadığını və onun koronavirusla mübarizə komandasının tövsiyələrinə əsasən maska taxmasına ehtiyac olmadığını bildirib.

XS
SM
MD
LG