Accessibility links

Pens: “Şimali Koreyanın vəhşilikləri unudulmamalıdır”


ABŞ vitse-prezident Mayk Pens cümə axşamı Birləşmiş Ştatlar Şimali Koreyanın nüvə və ballistik raket hədələri qarşısında sayaq olacağını və Tramp administrasiyasının “bütün seçimlərin masa üzərində” olduğu mesajının yenidən təkrarladı.

Pens Tokionun qərbində yerləşən Yokota Hava Bazasını gəzəndən sonra bazanın 54,000 nəfərlik heyəti önündə çıxış edib.

ABŞ vitse-prezident Mayk Pens: “Biz burada danışdığımız an təxminən 100,000-ə yaxın Şimali Koreya vətəndaşı müasir dövrün QULAQ-larında çalışır. Səslərini çıxarmağa cürət edənlər həbs edilir, işgəncəyə məruz qalır və hətta öldürülür. Onların uşaqları və nəvələri mütəmadi olaraq cəzalandırılır.”

Pens bildirib ki, Pxenyanın əməkdaşlıq təklifi görüntüsü yaratması cəhdinə baxmayaraq, Şimali Koreyanın etdiyi vəhşiliklər unudulmamalıdır.

Vitse-prezident həm də daha öncə elan etdiyi Amerikanın “maksimum təzyiq kampaniyası”nı yenidən səsləndirdi və bu təzyiqlərin Şimali Koreyanın nüvə və ballistik raket iddialarından geri çəkilməyəcəyi müddətdə davam edəcəyini əlavə etdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG