Accessibility links

ABŞ vitse-prezidenti Texasda hadisə qurbanlarının ailələri ilə görüşüb


ABŞ vitse-prezidenti Mayk Pens kilsə qətliyamı qurbanlarının xatirəsini anmaq və onların ailə üzvləri və hadisədən xilas olanlarla görüşmək üçün Texasa səyahət edən nümayəndələr heyətinə başçılıq edir.

Pens dünən axşam Saderlənd Sprinqs şəhərində qətliyamın baş verdiyi yerdə xüsusi dua mərasimində hadisə qurbanlarının ailələ üzvlərinə qoşulub.

“Biz bu gün hadisə qurbanlarının ailə üzvlərinin kədərini bölüşmək üçün buradayıq. Amma biz həmçinin bu kimi hadisələrin bizim ölkəmizdə baş verməsinin qarşısını almaq məqsədi ilə buraya toplaşmışıq. Biz bilirik ki, həmin şəxsin odlu silah ala bilməsi cinayət idi. O, odlu silah üçün müraciət edərkən sənədlərdə yalan məlumat verib, onun ruhi xəstəlik tarixi var və bütün bunlarla yanaşı bürokratik səhflərə də yol verilib” - deyə vitse-prezident Mayk Pens bildirib.

Pens sabiq Hava Qüvvələri hərbiçisi Deyvid Kellinin odlu silah alması barədə hərbi təhqiqatın yaxın günlərdə başa çatacağını deyib.

Kelli bazar günü Birinci Baptist Kilsəsində 26 nəfəri qətlə yetirməkdə təqsirləndirilir. O, qonşu və polis tərəfindən təqib edildikdən sonra özünü güllələyib.

XS
SM
MD
LG