Accessibility links

Mayk Pens beynəlxalq ictimaiyyəti Şimali Koreyaya təzyiq göstərməyə çağırıb


ABŞ-ın vitse-prezidenti beynəlxalq ictimaiyyətin Şimali Koreyaya diplomatik və iqtisadi təzyiq göstərməli olduğunu deyib.

Yaponiya səfəri zamanı Mayk Pens bildirib ki, ABŞ Koreya yarımadasını nüvəsizləşdirməyənədək sakitləşməyəcək. O, bütün variantların masa üzərində olduğunu bildirib.

Şimali Koreya ilə aparılan müzakirələrə diqqət çəkən vitse-prezident o ölkənin vədlərinə əməl etməyərək, daha çox provokasiyalara yol verdiyini deyib.

ABŞ-ın vitse-prezidenti Amerikanın Suriya və Əfqanıstandakı hücumlarına istinadən bildirib ki, Şimali Koreyanın nüvə təhlükəsinin qarşısını almaq üçün prezident Donald Tramp hərbi gücdən istifadə edə bilər.

Səbir strategiyasının başa çaydığını bildirən vitse-prezident ən yaxşı yolun Şimali Koreyanın təcridi üçün ABŞ, Yaponiya, Çin və Cənubi Koreya arasında dialoqun olduğunu deyib.

Pens Yaponiyanın baş naziri Şinzo Abe ilə görüş keçirib. Abe Tramp administrasiyasına bütün variantları nəzərə aldığı üçün təşəkkürünü bildirib.

Pens 10 gün sürən səfəri zamanı Yaponiyadan sonra İndoneziya, Avstraliya və Havay adalarında olacaq.

Asiya-Sakit okeanı hövzəsi ölkələrinə ilk rəsmi səfəri zamanı Mayk Pens Şimali Koreyanın təhrikedici hərbi fəaliyyətlərindən başqa ticarət, iqtisadi və təhlükəsizlik məsələlərini müzakirə edir.

XS
SM
MD
LG