Accessibility links

ABŞ vitse-prezidenti Pens Yaxın Şərq səfərini tamamladı [Video]


ABŞ vitse-prezidenti Pens Yaxın Şərq səfərini tamamladı
please wait

No media source currently available

0:00 0:02:50 0:00

ABŞ vitse-prezidenti Mayk Pens çərşənbə axşamı Yaxın Şərq səfərini yekunlaşdırdı. Səfər zamanı vitse-prezident İsrail, Misir və İordaniyaya baş çəkdi. Lakin Fələstin liderləri onunla görüşməkdən imtina etdilər. Səbəb ABŞ prezidenti Donald Trapın Qüdsü İsrailin paytaxtı tanıması qərarı olub.

İsrailə səfəri zamanı ABŞ vitse-prezidenti ölkənin liderləri ilə görüşlər keçirib, parlamentdə çıxış edib və Qüdsün müqəddəs yerlərini ziyarət edib. O, İsrail qanunvericilərinə Tel Əvivdə yerləşən ABŞ səfirliyinin Qüdsə növbəti il keçiriləcəyini deyib. Tramp administrasiyası daha öncə bildirmişdi ki, proses bir neçə il çəkə bilər.

Mayk Pens, ABŞ vitse-prezidenti: “Prezident Tramp Dövlət Departamentinə göstəriş verib ki, ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə keçirilməsi üçün lazım olan hazırlığa başlasınlar… Birləşmiş Ştatlar səfirliyi növbəti ilin sonuna qədər açılacaq.”

İsrail liderləri bu sözləri alqışladılar. Parlament spikeri Yuli Edelsteyn Amerikanın Səsinə bildirib ki, tezliklə digər ölkələr də ABŞ-dan nümunə götürəcəklər.

Yuli Edelsteyn, Parlament spikeri: “Mən müxtəlif Avropa parlamentlərindən zənglər almışam. Onlar bizimlə olduqlarını və bunun üzərində çalışdıqlarını deyirlər. Mən ümid edirəm ki, bu nümunə öz rolunu oynayacaq.”

Müxalifər lideri İsaak Herzoq da Pensin elanını təqdir etdi. Lakin qeyd etdi ki, Qüdsdə İsrail suvernliyinin sərhədləri fələstinlilərlə müzakirə edilməlidir. Fələstinlilər öz gələcək dövlətlərinin paytaxtı kimi şərqi Qüdsü görürlər.

İsaak Herzoq, Parlamentdə müxalifət lideri: “Razılığın əldə olunmasına hələ çox var. Vəziyyət çox həssas və təhlükəlidir. Biz istənilən gərginləşmənin qarşısını almaq istəyirik. Hətta irəli sıçrayış etmək və dalandan çıxmaq istəyirik.”

Pensin Yaxın Şərqə ziyarəti Trampın Qüds ilə bağlı qərarından sonra ABŞ-ın yüksək vəzifəli rəsmisinin ilk səfəridir. Fələstinli liderlər onunla görüşməkdən imtina etdilər.

Hanan Aşravi, Fələstin Azadlıq Təşkilatı: “Onlar hətta İordaniya və Misir liderlərini Pens ilə görüşməməyə çağırış ediblər. Çünki o təzəlikcə, Qüdsü danışıqlardan çıxararaq, İsrailin işğalçı hökümətinə təhvil verib.”

Tramp bildirib ki, Yaxın Şərqdə sülhə nail olmaq onun prezidentliyinin prioritetlərindən biridir. Lakin fələstinlilər Birləşmiş Ştatlara güvənmədiyini açıq şəkildə ifadə edib.

Xalil Falaneh, Ramallaр sakini: “Biz Amerika vitse-prezidentinə mesaj çatdırmaq istəyirik ki, Amerika administrasiyasından verilən bütün vədlər heç bir məna kəsb etmir və Ağ Evin fələstinlilərin öz müqəddəratını təyin etməsi haqqına nifrət yanaşdığını göstərir.”

Trampın fələstinli qaçqınlara ayrılan dəstəyin kəsilməsi qərarı inamsızlığı daha da dərinləşdirib. Fələstin liderləri deyiblər ki, onlar gələcək sülh müzakirələrində ABŞ-ın vasitəçiliyini qəbul etməyəcəklər. Onların fikrini dəyişmək üçün ABŞ-ın nə edəcəyi aydın deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG