Accessibility links

Pens Estoniya, Gürcüstan və Makedoniyaya səfər edəcək


Vitse-prezident Mayk Pens, Rusiyanın qonşuluğunda yerləşən üç ölkəyə NATO-nun dəstəyini nümayiş etdirmək məqsədilə bazar ertəsindən etibarən səfərə başlayacaq.

Ağ Evin rəsmilərinin mətbuata verdiyi məlumata əsasən, Pens, səfəri zamanı ABŞ-ın ticarət və sərmayə dəstəyini qeyd etməklə bərabər, hər üç ölkənin təhlükəsizliyi ilə bağlı ABŞ-ın öhdəliyini vurğulayacağı gözlənilir. Vitse-prezident həm də, ifadə azaqlığı, demokratiya və dini tolerantlıq dəyərlərinin əhəmiyyətini də qeyd etmək niyyətindədir.

Pens Estoniyada iki ölkə arasında ticarət, sərmayə və kiber məsələlər üzrə əməkdaşlığı vurğulayacaq. Ağ Evdən bildiriblər ki, vitse-prezident Estoniya rəsmilərinin Ümumi Daxili Məhsulun 2 faizinin müdafiə xərclərinə sərf etməyə razılıq verdikləri üçün təşəkkürünü bildirəcək.

Vitse-prezident NATO-nun Rusiyanı regiona təhlükə hesab etməsini və ABŞ-ın hərbi alyansa olan öhdəliyini qeyd edəcək və Rusiya ilə qonşuluqda olan alyans üzvü ölkələrinə müdafiə təklif edəcək.

Vitse-prezidentin səfər zamanı NATO üzvü olmayan Gürcüstanda ABŞ-ın ölkənin suverenliyinə və ərazi bütövlüyünə dəstəyini vurğulayacaq. Gürcüstan da, Ukrayna kimi Rusiyanın təcavüzünə məruz qalıb. Ağ Ev rəsmiləri bildiriblər ki, səfər zamanı vitse-prezident həm də, Gürcüstanda ədliyyə islahatları və korrupsiyaya qarşı mübarizə səylərinin davam etdirilməsinin vacibliyini qeyd edəcək.

Monteneqroya səfəri zamanı Pens, ölkənin NATO-ya yenicə üzv olmasını qeyd edəcək. Çərşənbə günü vitse-prezident Balkan ölkələrinin zirvə görüşündə iştirak edərək, siyasi islahatlar və qanunun aliliyin əhəmiyyətini müzakirə edəcək. Zirvə toplantısında Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Kosovo, Makedoniya, Serbiya və Sloveniya liderlərinin iştirakı gözlənilir.

XS
SM
MD
LG