Accessibility links

Konnor Lamb xüsusi seçkilərdə qələbəsini elan edib


Pennsilvaniya ştatında ABŞ konqresinə demokrat namizəd Konnor Lamb bu gün xüsusi seçkilərdə qələbəsini elan edib.

Baxmayaraq ki, çərşənbə axşamı keçirilən səsvermənin nəticələri təsdiqlənməyib. Konnor Lamb Pennsilvaniya ştatının Pittsburq şəhəri yaxınlığındakı dairəni təmsil etmək üçün Nümayəndələr Palatasında yerə sahib olacağına inanır.

“Bizim gözlədiyimizdən bir qədər gec oldu. Amma biz bunu etdik” - deyə Konnor Lamb bildirib.

Ötən gecə dairələrdə seçki bülletenləri sayıldıqdan sonra sabiq dəniz donanması xidmətçisi və sabiq prokuror Lamb 500 səslə hər kəsdən irəlidədir.

Onun respublikaçı rəqibi ştat nümayəndəsi Rik Sakkon tərəfdarlarına kampaniyasının mübarizəni bitirmədiyini deyib.

Bu rəqabət noyabrda Konqres uğrunda ara seçkilərinin necə keçəcəyinə işarə etdiyindən ölkə boyu diqqət mərkəzindədir.

2016-cı ildə prezident Tramp Pennsilvaniya dairəsində 20 balla qalib gəlmişdi.

Qalib gələn namizəd ötən il seksual qalmaqal səbəbindən istefa verən respublikaçı nümayəndə Tim Merfini əvəz edəcək.

XS
SM
MD
LG