Accessibility links

ADR Hərəkatı pensiya islahatını yaşlı nəslə qarşı “ədalətsizlik” sayır


ADR Hərəkatı son pensiya “islahatı”nın yaşlı nəslin sosial təminatında çətiliklər yaratdığını bildirirb.

ADR Hərəkatının məlumatında deyilir ki, hərəkat minimum pensiya məbləğinin 110 manat olması üçün 25 il iş stajının və 15 800 manat minimum pensiya kapitalının tələb edilməsini yaşlı nəslə qarşı ədalətsizlik hesab edir.

“Yeni dəyişikliklərə görə, 25 il iş stajına və 15 800 manat minimum pensiya kapitalına malik ola bilməyən əmək qabliyyətli əhali pensiya yaşına çatdıqda 55 manat məbləğində qocalıq müavinəti alacaq ki, bu da son 10 ildə 150 milyard dollardan çox neft gəlirlərinə malik olan ölkənin ahıl vətəndaşlarına münasibətdə böyük ədalətsizlik hesab olunmalıdır”, məlumatda qeyd edilir.

Aprelin 17-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin iclasında yeni pensiya “islahatı”nın yaratdığı çətinliklər müzakirə olunub.

Rəsmi statistikaya görə, Azərbaycanda pensiyada olan 1 milyon 315 min insan var.

Ekspertlər hesab edir ki, yeni pensiya islahatı növbəti dövrlərdə əhalinin böyük əksəriyyətiinin, xüsusilə də regionlarda çalışan 1 milyon 700 min nəfər torpaq mülkiyyətçisi olan insanın pensiya hüququndan istifadə etmək imkanlarını məhdudlaşdıracaq və pensiyaya çıxış imkanları aşağı düşəcək. Eyni zamanda pensiyanın minimum həddi (136 manat) yaşayış minimumundan (173 manat) aşağıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG