Accessibility links

Pentaqon İŞİD liderinin öldüyünü təsdiq edə bilməyib


Əbu Bəkr Əl-Bağdadinin 2014-cü ildə Mosulda Əl-Nuri məscidində İslam Dövləti qrupunun İraq və Suriyada işğal etdiyi ərazilərdə “xilafət”in yaradıldığını elan etdiyi zaman çəkilmiş fotosu
Əbu Bəkr Əl-Bağdadinin 2014-cü ildə Mosulda Əl-Nuri məscidində İslam Dövləti qrupunun İraq və Suriyada işğal etdiyi ərazilərdə “xilafət”in yaradıldığını elan etdiyi zaman çəkilmiş fotosu

Pentaqon rəsmiləri İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin öldüyünə dair informasiyasını təsdiq edə bilmədiklərini bildiriblər.

“Biz bu məlumatları təsdiq edə bilmədik, lakin ümid edirik ki, bu, doğrudur. Biz İŞİD-ə varislik qaydalarını dəqiq hazırlamasını tövsiyə edirik, bu, onlara lazım ola bilər”, ABŞ-ın başçılığı ilə koalisiyanın bəyanatında deyilir.

Mülki vətəndaşlar Mosulda dağıntılara məruz qalmış Əl-Nuri məscidinin qarşısından keçir
Mülki vətəndaşlar Mosulda dağıntılara məruz qalmış Əl-Nuri məscidinin qarşısından keçir

Britaniyada qərargahlanan İnsan Hüquqlarını Müşahidə qrupu çərşənbə axşamı günü İŞİD liderinin ölümünü təsdiq edən informasiyaya malik olduğunu bildirib.

“Biz bu gün onun öldüyünü öyrənmişik, amma onun nə zaman və necə öldüyünü bilmirik”, monitorinq qrupunun direktoru Rami Əbdül Rəhman Fransa xəbər agentliyinə deyib.

İraqın baş naziri Haydar Əl-Abadi Mosulun İŞİD-dən azad edildiyini elan edir
İraqın baş naziri Haydar Əl-Abadi Mosulun İŞİD-dən azad edildiyini elan edir

46 yaşlı Bağdadi 2014-cü ildə Mosulda Əl-Nuri məscidində İslam Dövləti qrupunun İraq və Suriyada işğal etdiyi ərazilərdə “xilafət”in yaradıldığını elan etdikdən sonra ictimaiyyət arasında görünməyb. Son üç il ərzində Bağdadinin ya yaralandığı, ya da öldüyü haqda müxtəlif məlumatlar verilib.

İŞİD militanatları Mosulun azad edilməsi uğrunda gedən döyüşlər zamanı qədim Əl-Nuri məscidini və onun 45 metr hüdürlüyündə əyilən minarəsini partladıb. İraq hərbi qüvvələri İŞİD militantlarını onların son istinadgahı olan Mosuldan çıxarmaq uğrunda bir neçə ay döyüşlər aparıb.

İraqın baş naziri Haydar Əl-Abadi bazar ertəsi Mosulun azad edildiyini və İŞİD üzərində qələbə çalındığını rəsmən elan edib.

XS
SM
MD
LG