Accessibility links

Usama bin Ladenin öldürülməsi barədə kitab yazan hərbçi məhkəməyə veriləcək


Kitabda əl-Qaidə liderinin silahsız olduğu və qapının qarşısında vurulduğu deyilir

Pentaqon Əl-Qaidə lideri Usama bin Ladenə qarşı reyd zamanı özünün hərbi təcrübəsi barədə kitab yazan sabiq ABŞ komandirinə qarşı məhkəmə işinin açılmasını nəzərdən keçirdiyini deyib.

Kitabın müəllifinə ünvanlanan məktubda Pentaqon onun ABŞ-ın elitar hərbi dəniz donanmasında xidmət göstərərkən açıqlanması qadağan olunan məlumatlar barədə imzaladığı razılığı pozmaqda təqsirləndirildiyini yazıb.

ABŞ müdafiə nazirliyinin rəsmiləri əvvəlcədən kitabın yazılmasına razılıq verməyib.

"Çətin bir Gün" adlı kitab Usama bin-Ladenin evinə edilən reyddə iştirak etmiş və Mark Oven təxəllüsü altında yazan 36 yaşlı hərbiçi SEAL hərbi elitar komandasının sabiq üzvüdür. Onun hadisə barədə yazdığı kitabda əl-Qaidə liderinin silahsız olduğu və qapının qarşısında vurulduğu deyilir.

Bu, ötən il Pakistanda baş vermiş hadisənin fərqli versiyasıdır. Obama administrasiyası ötən ilin may ayında SEAL elitar qüvvələrinin bin-Ladenlə yataq otağında qarşılaşdıqlarını və onun silaha əl atdığını gördükdən sonra sinəsinə və sol gözünün üstünə atəş açaraq öldürdüklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG