Accessibility links

Bayden Ukraynaya hərbi müdaxiləsinin ardınca Rusiyaya əlavə sanksiyalar elan edib


Prezident Co Bayden Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ardından “Rusiya iqtisadiyyatına ağır zərbələr vuracaq” əlavə sanksiyaları elan edib.

“Putin təcavüzkardır. Bu müharibəni Putin seçdi və indi o və ölkəsi bunun fəsadları ilə üzləşəcək,” Bayden cümə axşamı Ağ Evdən deyib.

Yeni sanksiyalar Rusiya bankları, oliqarxları və yüksək texnologiya sahələrini hədəf alacaq.

Bayden deyib ki, sanksiyalar zamanla “Rusiyanın aktivlərini sıxacaq” “və önümüzdəki illərdə iqtisadi inkişafına zərər vuracaq. Bu onların uzunmüddətli ambisiyalarına böyük zərbə olacaq”.

ABŞ lideri etiraf edib ki, Amerikada sürücülər Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə səbəbilə dünya boyu neft qiymətində baş verən artım səbəbilə daha yüksək benzin qiymətləri ilə üzləşəcəklər.

Ancaq Bayden deyib ki, “bu aqressiya cavabsız qala bilməz. Amerika azadlığı dəstəkləyir. Biz buyuq”. O, Putini müharibəyə başlamadan əvvəlki həftələrdə ABŞ və müttəfiqləri ilə Rusiyanın Avropada təhlükəsizliklə bağlı narahatlıqlarına dair danışıqlar aparmaqda maraqlı olduğunu iddia etdiyinə görə danlayıb.

Putin İkinci Dünya Mühatibəsindən sonra yaranan və ABŞ-ın başçılıq etdiyi NATO hərbi alyansının Rusiyaya təhlükə törətdiyini iddia edib.

“Məsələ heç vaxt təhlükəsizlik deyildi”, Bayden deyib. “Məsələ həmişə çılpaq aqressiya, Putinin imperiya arzusu idi”.

Bayden deyib ki, indi isə Putin Ukraynaya hücumuna görə dünya səhnəsində səfil olacaq“. Bayden bir daha vurğulayıb ki, ABŞ qoşunları Ukraynadakı döyüşlərdə iştirak etməyəcəklər, ancaq o, Putin Ukraynadan əlavə 30 NATO ölkəsindən hər hansı birinə hücum etdiyi təqdirdə, ABŞ ordusunun NATO müttəfiqləri ilə birlikdə döyüşəcəklərini vəd edib.

Pentaqon Avropada NATO-nun gücünü artırmaq üçün Almaniyaya əlavə 7000 qoşun göndərdiyini elan edib. Bundan əlavə Bayden deyib ki, əgər müharibə daha da şiddətlənsə Putinin şəxsi aktivlərinə sanskiyalar tətbiq oluna bilər. Ancaq Bayden həmçinin bildirib ki, hazırkı vəziyyətdə ABŞ-Rusiya münasibətləri “tamamilə qırılıb”.

Bundan öncə isə ABŞ rəsmisi bildirib ki, Rusiya Prezident Vladimir Putinin cümə axşamı qonşu ölkəyə hərbi müdaxilə etməsilə Ukrayna hökumətini devirmək “niyyəti”ndədir.

“İndi gördüyümüz geniş-miqyaslı hərbi müdaxilənin ilkin mərhələsidir,” Pentaqonun yüksək səviyyəli rəsmisi müxbirlərə bildirib. “Onlar Kyivə doğru irəliləyir.”

“Onlar Ukrayna hökumətinin başını üzmək niyyətindədirlər,” rəsmi deyib.

Rəsmi bildirib ki, Rusiyanın ilk hücumunda 100-dən çox qısa-mənzilli raket, habelə orta-mənzilli balistik raket, qanaqlı raketlər və "yer-hava" tipli raketlərdən istifadə olunub. Raketlər hərbi obyektləri -- aerodromları, kazarmaları və anbarları hədəf alıb.

Rəsmi həmçinin deyib ki, Birləşmiş Ştatlar Ukrayna qoşunlarının “müqavimət göstərdiyi və mübarizə apardığına” dair “işarələr görüb.”

Putin cümə axşamı Avropada İkinci Dünya Müharibəsindən bəri ən böyük hücuma başlayıb və Ukrayanın şərqində Ukrayna hücumlarına hücum edib, paytaxt Kyiv daxil olmaqla bir neçə böyük şəhərə raketlər atıb.

Putin bu hücumu bir zamanlar Spvet İttifaqı respublikası, 1991-ci ildən bəri isə müstəqil olan cənub qonşusunun “demilitarizasiyası və nazifikasiya” məqsədi daşıyan “xüsusi hərbi əməliyyat” adlandırıb.

Səhər tezdən Kremldən etdiyi çıxışında Rusiya lideri başqa ölkələrə müdaxilə etməmələrinə qarşı xəbərdarlıq edib və deyib ki, “onlar heç vaxt görmədikləri fəsadlarla üzləşə bilərlər.”

Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri sürətli və vahid bir şəkildə hərbi müdaxiləni qınayıb və Rusiya iqtisadiyyatına qarşı iqtisadi sanksiyalar elan etməyi vəd ediblər.

ABŞ Prezidenti Co Bayden Putinin hərbi müdaxiləsini “əvvəlcədən düşünülmüş müharibə” adlandırıb.

“Rusiya bu hücumun səbəb olacağı ölüm və dağıntılara görə təkbaşına məsuliyyət danışıyıq və Birləşmiş Ştatlar, müttəfiqləri və tərəfdaşları ilə birlikdə vahid və qətiyyətli bir şəkildə cavab verəcək,” Bayden hücumdan qısa müddət sonra paylaşdığı bəyanatda bildirib. “Dünya Rusiyanı cavabdeh tutacaq.”

Bayden Rusiyanın hücumunu və ABŞ-ın cavabını müzakirə etmək üçün Ağ Evdə Milli Təhlükəsizlik Şurası ilə iclas keçirib.

Üərb liderləri Ukaynaya ruslara qarşı döyüşmək üçün qoşun göndərməyi planlaşdırmadıqlarını desələr də, Bayden cümə axşamı Avropa liderləri ilə müzakirələrin ardınca xalqa müraciətində sanksiyalar elan edib.

ABŞ və bir neçə müttəfiqi Putinin Ukraynanın şərqində Luqansk və Donetsk regionlarını müstəqil dövlət kimi tanımasından sonra çərşənbə axşamı ilkin sanksiyaları elan etmişdi.

Lakin ilkin sanksiyalar və daha sərt əlavə sanksiyalarla bağlı təhdidlər Putini tam-miqyaslı müharibə başlatmaqdan yayındırmadı.

Avropa İttifaqının xarici siyasət idarəsinin başçısı Cosep Borrell Rusiyanın hücumunu “İkinci Dünya Müharibəsindən bəri Avropa üçün ən qaranlıq saatlardan biri” adlandırıb. Cümə axşamı müxbirlərin önündə çıxış edən Borrell deyib ki, Ukraynanın “təcili yardıma” ehtiyacı var və Aİ “mümkün olan ən sərt şəkildə cavab verəcək.”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin Ukraynanın hərbi infrastrukturuna və sərhəd mühafizəsinə zərbələr endirib. O, hökumətin ölkə daxilində hərbi vəziyyət tətbiq etdiyini, eyni zamanda insanları sakit olmağa və evdə qalmağa çağırdığını deyib.

“Panikaya ehtiyac yoxdur. Biz güclüyük. Biz hər şeyə hazırıq. Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq” - deyə, Zelenski bildirib.

Daha sonra o, Ukraynanın Rusiya ilə diplomatik əlaqələri kəsdiyini və hökumətin “ölkəni müdafiə etmək istəyən hər kəsi” silahlandıracağını açıqlayıb.

Ukrayna ordusu bildirib ki, Rusiya cümə axşamı səhər ölkənin şərqində Ukrayna qüvvələrini atəşə tutmağa başlayıb və Ukraynanın bir çox şəhərlərində hava limanlarına raket zərbələri endirib.

Zelenskinin köməkçisi jurnalistlərə bildirib ki, azı 40 nəfər hərbçi öldürülüb.

Ukraynanın paytaxtı Kyivdə şəhərin mərkəzi demək olar boşalıb, yaşayış məhəllələrində isə banklarda və ərzaq mağazalarının kənarında növbələr yaranıb. Şəhərdən kənara çıxan əsas yollar qərbə gedən nəqliyyat vasitələri ilə dolu olub.

Slovyansk şəhərinin şərqindəki bankomatlarda, supermarketlərdə və yanacaqdoldurma məntəqələrində də uzun növbələr olub. Belə ki, insanlar yenidən bomba partlayışı olacağı ehtimalını nəzərə alıb ehtiyat toplayıblar.

Səhər saat 5-dən səhər saat 6-ya kimi əraziyə düşən mərmilərin partlaması Rusiya və Rusiyanın dəstəklədiyi separatçılarla sərhəddən 50 kilometr uzaqlıqdakı qəsəbə və şəhərlərdən, eləcə də Kyiv də daxil olmaqla, ondan uzaqda yerləşən şəhərlərdən eşidilib.

ABŞ prezidenti Co Bayden Ukrayna xalqının “Rusiya hərbi qüvvələrinin təxribatsız və əsassız hücumundan” əziyyət çəkdiyini bildirib.

“Prezident Putin fəlakətli insan itkisi və insan iztirabları ilə nəticələnəcək əvvəlcədən düşünülmüş müharibəni seçdi. Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya cavabdehdir və ABŞ, onun müttəfiqləri və tərəfdaşları vahid və qəti şəkildə cavab verəcəklər. Dünya Rusiyanı məsuliyyətə cəlb edəcək” - deyə, Bayden bildirib.

Bayden deyib ki, o, Zelenski ilə telefon danışığında vəziyyəti müzakirə edib və ondan “dünya liderlərini prezident Putinin açıq-aşkar təcavüzünə qarşı açıq şəkildə danışmağa və Ukrayna xalqının yanında olmağa çağırış etməyə” çağırıb.

Cümə axşamı səhər G-7 liderləri ilə danışdıqdan sonra Bayden ABŞ və digər müttəfiqlərinin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcəyini qeyd edib.

XS
SM
MD
LG