Accessibility links

Əfqanıstanda 2 ABŞ əsgəri öldürülüb


Pentaqon Əfqanıstanda İŞİD-ə qarşı əməliyyatlar zamanı 2 ABŞ əsgərinin öldürüldüyünü bildirib.

Kapitan Ceff Devis deyib ki, hadisə bu gücə Nanqarhar vilayətində baş verib. Lakin o, detallara varmayıb.

Daha əvvəl ABŞ-ın İslam Dövləti qrupunun hədəflərinə qarşı atdığı "bütün bombaların anası" adlanan bombadan itifadə etməsi nəticəsində 92 yaraqlının qətlə yetirildiyini bildirib.

Həmid Karzai
Həmid Karzai

Əfqanıstan prezidenti Əşrəf Qani Əfqanıstan və ABŞ hərbi qüvvələrinin bomba hücumu koordinasiyalaşdırdığını deyib.

Lakin onun sələfi hücumu və Birləşmiş Ştatları qınayıb. Əfqanıstanın keçmiş prezidenti Həmid Karzai deyib ki, o, ABŞ-ın Əfqanıstan torpağına "bütün bombaların anası" adlanan bomba atmasına görə Amerika hərbi qüvvələrininölkədən çıxarılması üçün kampaniyaya başlayır.

Karzai bomba hücumu "vəhşilik aktı" adlandıraraq, bunun İslam Dövləti qrupunun yaraqlarının hədəf alınmasından daha çox "yeni kütləvi qırğın silahlarının" sınaqdan çıxarılması məqsədi daşıdığını deyib.

Prezident Donald Tramp ABŞ-ın Əfqanıstanın Nanqarhar vilayətində həyata keçirdiyi bomba hücumunu alqışlayıb.

“Bu, daha bir uğurdur. Son 8 həftə ərzində baş verənlərə və son 8 ildə olanlara nəzər salsaq böyük bir dəyişiklik görərik”- deyə prezident bildirib.

XS
SM
MD
LG