Accessibility links

Pentaqon İncirlik hərbi bazası ilə bağlı açıqlama verib


ABŞ-ın İŞİD-ə qarşı hava hücumları üçün istifadə etdiyi İncirlik hərbi hava bazasında uçuşlar dayandırılıb

Reuters xəbər agentliyinin məlumatına görə, Amerika konsulluğunun verdiyi açıqlamada İŞİD-ə qarşı mübarizə məqsədi ilə Suriyada hərbi hava əməliyyatları üçün Amerika ordusunun istifadə etdiyi İncirlik hərbi hava bazasında təyyarələrin eniş və enməsinə icazə verilmədiyi bildirilir.

Konsulluğun Türkiyədə vəziyyətlə əlaqədar Amerika vətəndaşlarına təcili mesajında İncirlik bazasında elektrikin verilmədiyi və elekrtik enerjisinin kəsildiyi deyilir.

ABŞ-ın Müdafiə Nazirliyi Türkiyədəki personal və İncirlik hərbi bazası ilə bağlı bəyanat verib.

Pentaqon sözçüsü Peter Kukun verdiyi yazılı bəyanatında deyilir:
"Müdafiə Nazirliyinin Türkiyədəki bütün personalı ilə bağlı göstərdiyimiz səyləri davam etdririk. Əlimizdə olan bütün məlumatlar personalın sağ və təhlükəsizlikdə olduğunu göstərir. Nazirlik işçilərimizin, vətəndaşlarımızın, ailələrin və bütün təsisatlarımızın təhlükəsizlikdə olması üçün lazımi addımları atmağa davam edir. Türk hökuməti hava sahəsini hərbi təyyarələrin uçuşları üçün bağlayıb və bunun nəticəsi olaraq İncirlik bazasından apardığımız hava əməliyyatları bu anda dayandırılıb.

ABŞ rəsmiləri Türkiyə rəsmiləri ilə birlikdə hava əməliyyatlarının ən qısa zamanda təkrar başlaması istiqamətində iş aparır. Bu aradaŞ ABŞ Mərkəzi Komandanlığı da, İncirlik hərbi hava bazasında həyata keçirilən uçuşların dayandırılması səbəbilə digər bazalardan edilən uçuşları nizamlayaraq İŞİD-ə qarşı həyata keçirilən əməliyyatların eyni şəkildə davam edilməsini təmin etməyə çalışır."

Bundan öncə ABŞ-ın Adanadakı konsulluğu tərəfindən verilmiş bəyanatda Pentaqonun bəyanatındakı bənzər açıqlamalar yer alıb.

Hərbi obyetk Türkiyə silahlı qüvvələrinin bir fraksiyası tərəfindən hərbi çevrilişə cəhdlə əlaqədar bağlanıb.

İncirlik hərbi hava bazası əsas etibarilə ABŞ, Türkiyə, Böyük Britaniya, Səudiyyə Ərəbistanının hərbi hava qüvvələri tərəfindən istifadə edilir.

XS
SM
MD
LG