Accessibility links

ABŞ hərbi qüvvələrində seksual təcavüz halları Ağ Evdə müzakirə edilib


pentagon
pentagon

Ağ Ev rəsmiləri ABŞ hərbi qüvvələrində seksual təcavüz hallarını qanuvericilərlə müzakirə edib.

Rəsmilərin bildirdyinə görə, məsələ ilə bağlı Respbublikaçılar və Demokrat partiyalarından dəvət edilmiş 16 senator və konqresmenlə müzakirə aparıb. Qanunvericilərin 14-ü qadın Konrqes üzvü və senator olub.

Cümə axşamı Ağ Evdə keçirilən müzakirələri prezident Obamanın baş müşavirlərindən biri Valeriya Carret və birinci xanım Mişel Obamanın ofisinin başçısı Tina Tçen aparıb. Onların hər ikisi ABŞ prezidenti ofisinin yanında qadın və qızların məsələləri üzrə şuranın üzvüdür.

ABŞ-ın bir sıra qanunvericiləri hərbi qüvvələrdə seksual təcavüz məsələsini yaxıdan izləyib və bununla bağlı qətnamə hazırlayıblar. Ağ Ev qanunvericiləri məsələni müzakirəsi etməyə dəvət edib, onlar da öz növbəsində administrasiyanın reaksiyasından razı qalaraq, problemin birgə səylər nəticəsində çözülə biləcəyinə inandıqlarını bildiriblər.

Pentaqonun açıqladığı yeni hesabatda keçən il ABŞ hərbi qüvvlərində 26 mindən çox seksual təcavüz halının olduğu haqda məlumat verilib. Seksual təcavüz halı ilə əlaqədar 3400 şikayət daxil olduğu bildirib. Həyəcan doğuran bu tendensiya seksual təcavüzə məruz qalmış hərbçilərin bu hallarla bağlı hərbi komandanlığa məlumat vermək istəməməsindən ibarətdir.

ABŞ Müdafiə naziri Çak Heygel hərbi qüvvələrdə vəziyyətin düzəlməsi üçün bu tendensiyanın dəyişməyə çalışır. O belə halların baş verdiyi hərbi hissələr və birləşmələrə komandanlıq edən zabitlərin məsuliyyətinin artırılmasına çağırıb.

Prezident Obama məsələnin diqqətsiz qoyulmayacağını və Pentaqonun problemi ünvanlamalı olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG