Accessibility links

Pentaqon: Şimali Koreyanın nüvə arsenalının məhv edilməsinin yeganə yolu quruda müdaxilədir


ABŞ-ın Şimali Koreyanın nüvə arsenalının miqyasını öyrənməsi və nüvə silahlarını məhv etməsinin yeganə yolu quruda müdaxilə vasitəsilə mümkündür. Bu haqda Pentaqonun yüksək rütbəli rəsmisinin ABŞ qanunuvericilərinə məktubunda bildirilir.

Məktub ABŞ qanunvericilərinin Şimali Koreyada hər hansı hərbi münaqişə zamanı maddi-texniki təchizat və mümkün tələfatlar haqda bilgilərə dair müraciətinə cavab olaraq göndərilib.

Şimali Koreyanın nüvə sınaqlarının keçirdiyi Punggye-ri obyektinin peykdən görünüşü
Şimali Koreyanın nüvə sınaqlarının keçirdiyi Punggye-ri obyektinin peykdən görünüşü

ABŞ-ın Birgə Qərargahlar idarəsindən kontr-admiral Maykl Dumontun qanunvericilərə məktubunda deyilir ki, “ABŞ-ın hərbi qabiliyyətləri ilə bağlı detallar və müttəfiqlərin Şimali Koreyanın nüvə silahı ilə hücumuna cavab vermək qabiliyyəti, eləcə də ölkənin yerin dərinliyində yerləşən nüvə silahlarının məhv edilməsi” kimi məsələləri müzakirə etmək üçün qapalı brifinqin keçirilməsi yaxşı olardı.

Pentaqona müraciəti Konqresin Nümayəndələr Palatasının üzvləri, Kaliforniyadan və Arizonadan demokrat qanunvericilər Ted Liyu və Ruben Qalleqo ünvanlayıb.

Pxenyada hərbi parad
Pxenyada hərbi parad

Şənbə günü 15 demokrat və bir resublikaçı qanunverici kontr-admiral Dumontun cavabı ilə bağlı bəyanat açıqlayıb. Bəyanatda deyilir ki, Şimali Koreyanın nüvə arsenalının məhv edilməsi üçün lazım olan ölçülər ciddi həyəcan doğurur. Qanunvericilər həmçinin ABŞ prezidenti Donald Trampı Şimali Koreya ilə gərgin vəziyyətlə əlaqədar “təkəbbürlü” açıqlamalar verməyi dayandırmağa çağırıb.

Konqresmen Liyu The Washington Post qəzetinə deyib ki, “insanların nüvə silahına malik ölkə ilə müharibənin nə demək olduğunu başa düşməsi vacibdir”. O bildirib, hərbi əməliyyatlar zamanı ilk günlərdə potensial olaraq 300 min nəfərə qədər insan həyatını itirə bilər və bunun 100 mini amerikalılar ola bilər.

Konqresmen Qalleqo isə qanunvericilərə deyib ki, o, “bizim mülki liderlərimizin səhv hesablamaları nəticəsində nələrin baş verə biləcəyi haqda tam şəffaflıq və informativliyin oluğuna əmin olmaq istəyib".

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG