Accessibility links

Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb


Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb.

ABŞ-ın Müdafiə Nazirliyi hərbi əməliyyatların İslam Dövlətinə qarşı mübarizədəki inkişaflara mane olduğunu və ABŞ qüvvələrinə təhlükə yaratdığını bildirib.

Bu, çərşənbə günü Suriya əməliyyatlarına başlayan Türkiyəyə qarşı Pentaqonun ən sərt mövqeyidir.

Əməliyyatlardan əvvəl Pentaqon Amerikanın ABŞ ordusunun buna dəstək verməyəcəyini bildirmiş, lakin açıq şəkildə Türkiyənin əməlini tənqid etməmişdi.

Prezident RəcəbTayyib Ərdoğan cümə günü Türkiyənin heç nədən asılı olmayaraq Suriyanın şimalındakı kürd döyüşçülərinə qarşı əməliyyatı dayandırmayacağını deyib. "Suriya Demokratiok Qüvvələrinə qarşı atdığımız addımdan geri çəkilməyəcəyik ... Kimin nə deməsindən asılı olmayaraq hücumları dayandırmayacağıq" deyə, o bildirib.

ABŞ prezidenti Donald Tramp isə əməliyyatı “pis ideya” adlandıraraq, Amerikanın məsələyə müdaxilə etməyəcəyini bildirib.

ABŞ müşahidə postları və Suriyanın sərhədyanı bölgələrindəki 30 xüsusi əməliyyat qüvvələrini geri çəkib.

Suriya Demokratiok Qüvvələri Türkiyənin hava zərbələri və artelleriya hücumları nəticəsində 9 mülki vətəndaşın öldüyünü bildirib. Kürdlərin rəhbərliyi altındakı qüvvələrın raketlərlə cavab atəşi nəticəsində isə Türkiyənin sərhəd yaxınlığındakı yaşayış məntəqəsində 9 aylıq körpə də daxil olmaqla, 6 nəfərin öldürüldüyü deyilir.

Beynəlxalq Xilasetmə Komitəsi əməliyyatlar başlayandan bəri bölgədən 64 min insanın qaçdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG