Accessibility links

Pentaqon Cənubi Koreyadan qoşun çıxarmaq xəbərini təkzib edib


Birləşmiş Ştatlar cümə axşamı Şimali Koreyanın təcabvüzünə mane olmaq üçün Cənubi Koreyada yerləşdirdiyi 28 500 nəfərdən ibarət hərbi qüvvəsindən 4 minə qədərini çıxamaq barədəki xəbəri təkzib edib.

Tramp administrasiyası qüvvələrin xərcləri üçün Cənubi Koreyadan 5 milyard dollar tələb edir. Cənubi Koreya rəsmisi bu məbləğin hazırkı ödənişdən 5 qat artıq olduğunu deyib.

Cənubi Koreyanın `Chosun Ilbo` qəzeti Vaşinqtondakı naməlum diplomatik mənbəyə istinadən Birləşmiş Ştatların yüksək səviyyəli rəsmilərinin Cənubi Koreyadan 3 mindən 4 minə qədər əsgəri geri çəkəcəyi barədə müzakirələr apardığını yazıb.

Məlumat Cənubi Koreya və ABŞ rəsmiləri çərşənbə axşamı keçirilməsi planlaşdırılan müzakirələri Seulun Amerika qüvvələrini saxlaması xərcləri səbəbi ilə baş tutmayan danışıqlardan 2 gün sonra yayılıb.

"`Chosun Ilbo`-nun dərc etdiyi məqalədə heç bir həqiqət yoxdur. ABŞ Müdafiə Nazirliyi hazırda Koreya yarımadasından qoşun çıxartmağı düşünmür" - deyə, Pentaqon sözçüsü Conatan Hoffman bildirib.

Birləşmiş Ştatların müdafiə naziri Mark Esper də Cənubi Koreyadan qoşun çıxarmaq planı barədə məlumatlı olmadığını deyib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG